Tbilisidə metro işçilərinin tətili davam edir – VİDEO

    6

    Tbilisi metrosunun etiraz aksiyası keçirən maşinistləri ilə şəhər meri Kaxa Kaladze arasında aparılan danışıqlar nəticəsiz qalıb. Bu səbəbdən metro işçiləri tətili davam etdirmək qərarına gəliblər.

    Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, Kaladze kompromis əldə olunacağına ümid etdiyini bildirib: “Biz etirazçılara real vəziyyəti – Tbilisi nəqliyyat şirkətinin, həmçinin şəhər meriyasının maliyyə durumunu izah etdik. Ümid edirəm ki, yaxın günlərdə biz mövqelərimizi uzlaşdıra biləcəyik və metro yenə açılaraq işini davam etdirəcək”.

    Qeyd edək ki, Tbilisi metropolitenində təqribən 240 maşinist işləyir və onların hamısı maaşlarının saatda 7 laridən 10 lariyə qaldırlmasını tələb edirlər. Onlar bildirirlər ki, Kaxa Kaladze 2019-cu ildən maaşlarının artırılacağına söz verib. Lakin bu, etirazçıları qane etməyib. Çünki əmək haqlarının indidən artırılmasını istəyirlər. Bu səbəbdən maşinistlər tətil elan edərək, metronun fəaliyyətini dayandırıblar. Bununla əlaqədar şəhər avtobusları sərnişinlərə pulsuz xidmət göstərir. Məlumat üçün bildirək ki, Tbilisi metrosu gündəlik 200 min sərnişinə xidmət edirdi.