Tbilisidə etirazlar yenidən başladı – VİDEO

    3

    İki gündür Tbilisidə davam edən etiraz aksiyaları iyunun 1-də yenidən başlayıb.

    Hurriyyet.org xəbər verir ki, parlamentin qarşısında keçirilən aksiyada hazırda 1500-dək insan iştirak edir.

    Onlar ölkənin məhkəmə-hüquq sisteminin yenidən qurulmasını, mövcud hakimiyyətin dəyişdirilməsini tələb edirlər.

    Aksiya iştirakçılarının sayının artacağı və 5000 nəfərdən çox olacağı bildirilir.

    Qeyd edək ki, 2017-ci il dekabrın 1-də Tbilisidəki Xorava küçəsində 51 saylı məktəbin iki şagirdi mübahisə zəmnində bıçaq yarası alıblar. Hər iki yeniyetmə elə həmin gün ölüb. Məhkəmə qətli törədənlərdən birinin cəzasını azaldıb, digərinə isə yungül cəza vermişdi. Həlak olan yeniyetmələrin valideynləri və yaxınları əvvəlcə Gurcüstan Baş Prokurorluğu qarşısinda aksiya keçiriblər. Baş prokurorun istefasından sonra aksiya parlamentin binası önündə davam edib./report/