Tbilisidə etiraz aksiyası DAVAM EDİR

    24

    Gürcüstan müxalifəti Tbilisidə parlamentin binası önündə etiraz aksiyasını davam etdirib.

    Doqquz gündür davam edən aksiyanın tələbi dəyişməyib. Narazı kütlə daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edir. Aksiyaya bölgələrdən gələn gənclər də qoşulublar.

    Parlamentin binası qarşısındakı çadırda bir neçə etirazçı neçə gündür aclıq aksiyası keçirir./AZƏRTAC/