Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

72

Tbilisinin əsas simvollarından olan – televizya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Aksiya Azərbaycanın 28 May – Respublika Gününə həsr olunub.

Axşam saatlarından etibarən teleqüllə və şüşəli körpü yaşıl, qırmızı və göy rənglərlə işıq saçmağa başlayıb.

Aksiya Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunub. \\Report