TƏBİB-də yaradılan “Qaynar xətt” 24 saat işləyəcək

12

"İnsanları çağırırıq ki, sosial şəbəkələrdə ajiotaj yaratmasınlar. İrandan və digər ölkələrdən gələnləri yoxlayanlar xüsusi geyimdə olurlar, bu görüntüləri "koronavirus var" deyə yaymaq ajiotaj yaradır".

Hurriyyet.org xəbər verir ki, bunu TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib: "Biz daim rəsmi məlumatlar açıqlayacağıq. Bu görüntüləri yaymazdan əvvəl bizimlə əlaqə saxlayın, mütəxəssislərdən dəqiq öyrənib məlumat verək".

R. Əliyeva deyib ki, TƏBİB-in 24 saat fəaliyyət göstərən "Qaynar xətt"i fəaliyyətə başlayıb. "Qaynar xətt"in nömrəsi 1542-dir: "Hansısa vətəndaş özündə koronavirusla bağlı şübhə və ya digər əlamətləri hiss edərsə, dərhal bu nömrə ilə əlaqə saxlasın"./apa/