Hurriyyet.org xəbər verir ki, Çinlə ixtilafı olan Tayvan adasında hava hücumundan müdafiə sistemlərinin test edildiyi bildirilir.
“South China Morning Post” qəzetində dərc edilən xəbərdə, Tayvan rəsmilərinin açıqlamalarına istinadən adanın cənub-şərqindəki Taitunq və cənubundakı Pintunq şəhərləri arasında raketlərin atıldığı bildirilir.
Açıqlamada testin 4 günlük proqram daxilində icra edildiyi qeyd edilib.
Materikdə yerləşən Çin ilə Tayvan adası arasındakı gərginlik həftə ərzində Tayvan boğazındakı hərbi canlamanın artması səbəbindən güclənib. 9 iyunda Çinə məxsus Sukhoi Su-30 hərbi təyyarələri adanın cənub-qərb sahillərində uçmuş, bir neçə saat sonra isə ABŞ-a məxsus C-40A yük təyyarəsi eyni mövqedən adaya yaxınlaşmışdı.
Hurriyyet.org