“Taym” 2020-ni dünya tarixinin ən pis ili ADLANDIRDI

363

ABŞ-ın “Taym” jurnalı 2020-ci ili dünya tarixinin ən pis illərindən biri adlandırıb və 1918-ci ilin “ispan qripi” pandemiyası və iki dünya müharibələri ilə müqayisə edib.

Jurnalın üz qabığında üzərinə qırmızı xaç çəkilmiş iri şriftlərlə 2020 rəqəmi yer alıb. Aşağı hissədə isə “Ən pis il” yazılıb.

Məqalə isə amerikalı kino tənqidçisi Stefani Zaçerek tərəfindən yazılıb.

Məqalə müəllifi yazıb ki, ABŞ və dünya tarixində daha pis illər olub, amma onlar uzaq keçmişdə qalıb. Çünki dünya müharibələrini, qrip pandemiyasını və “Böyük depresiya”nı xatırlayan az adam qalıb.\\Axar