Tayfalar arasında qırğın – Ölən və yaralananlar var

    15

    İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əlvan şəhərində saatlarla davam edən tayfa davası 1 nəfərin ölməsi ilə nəticələnib.

    Bunu İranın Xuzistan vilayəti Şuş rayonu Şavur məntəqəsinin prokuroru Faxir Bavi deyib.

    F.Bavinin sözlərinə görə, ötən gün 14:30-da başlanan tayfa davası gecə saatlarına qədər davam edib.

    Hadisədə daha 13 nəfər yaralanıb. Qarşıdurma zamanı, həmçinin 5 mənzil yandırılıb.

    İnsidentlə bağlı 5 nəfər saxlanılıb, qatilin isə axtarışları davam edir.\\Teleqraf.com