TASS: Rusiyadan gətirilən materiallarla Xankəndindəki erməni əhalinin evləri təmir edilir

231

Hurriyyet.org  xəbər verir ki, Rusiyanın TASS informasiya agentliyi Qarabağın Xankəndi şəhərindən reportaj təqdim edib. Yazıda və ümumiyyətlə Rusiya mətbuatında Xankəndi daim Stepanakert, erməni əhalinin qaldığı bölgə isə “tanınmamış Dağlıq Qarabağ” adlandırılır. “Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin gətirdiyi tikinti materialları ilə Stepanakertdəki evlər bərpa edilir” başlıqlı yazıda deyilir: “Tanınmamış “Dağlıq Qarabağın paytaxtı”na (dırnaq işarəsi bizə məxsusdur – red.) rusiyalı xilasedicilər 300 tondan artıq inşaat materialı gətiriblər”.

Gətirilənlər əsasən taxta və şüşə məmulatlarıdır.

Gözləri  hələ də Şuşadadır

Xankəndindəki bir neçə transformator yandığı üçün şəhərə enerji verilməsində fasilələr yaranıb. Şəhərdə yaşayan elektriklərdən olan Vladimir Simonyan TASS-ın müxbirinə müsahibəsində deyib: “Məncə, bir ay içərisində şəhərin elektrik təminatını bərpa edə bilərik. Lakin artıq qışa hazır olduğumuzu indidən deyə bilərəm. Əlbəttə, Şuşadan gələn 110 kilovoltluq xətti bərpa eləmək yaxşı olardı”.

Rusiya FHN-in qiymətləndirməsinə görə, hələ Dağlıq Qarabağda 2,5 mindən artıq bina və infrastruktur bərpa edilməlidir.

https://tass.ru/obschestvo/10099319