Tarixi qərar gözlənilir – İKİ TÜRK ÖLKƏSİ RUSİYAYA QARŞI

    15

    Özbəkistan latın əlifbasına keçməyə hazırlaşır.

    Hurriyyet.org xəbər verir ki, ölkə sonuncu dəfə 2005-ci ildə kiril əlifbasından imtina etməyə cəhd etsə də, bununla bağlı hazırlanmış proqram müzakirələrdən sonra ləğv edilmişdi.

    Artıq bununla bağlı yekun qərar qəbul edilib. Belə ki, hökumətə təqdim edilən yeni proqram təsdiqlənib.

    Qərara əsasən, yeni əlifbaya keçid 2021-ci ilədək başa çatacaq.

    Hökumətin bu qərara islahatçı Prezident Şavkat Mirziyoyevin Qazaxıstan lideri Nursultan Nazarbayevlə aparıdığı danışıqlardan sonra gəldiyi bildirilir.

    Qeyd edək ki, Özbəkistan latın əlifbasına keçəcəyi halda, 2021-ci ildə Orta Asiyada kiril əlifbasından istifadə edəcək yeganə ölkə Qırğızıstan olacaq.

    Bölgə dövlətlərinin bu islahatlarının uzun illərdir Rusiya mədəniyyətinin hökm sürdüyü Orta Asiyada ciddi dəyişikliklərə gətirib çıxaracağı ehtimal edilir.\\Teleqraf.com