Tarixdə ilk dəfə: Günəş enerjisi ilə uçan təyyarədən paraşütlə tullandı

33

Paraşütçü tarixdə ilk dəfə elektrotəyyarədən tullanma gerçəkləşdirib. “Report” Almaniyanın WAZ nəşrinə istinadən xəbər verir ki, hadisə İsveçrənin qərbində olub.

Məlumata görə, paraşütçü Rafael Domyan 1 520 metr hündürlüyə yüksələn və günəş enerjisi ilə uçan ikinəfərlik təyyarədən tullanıb. Bildirilib ki, tullanma zamanı onun sərbəst düşmə sürəti 150 km/s-a çatıb.