Tarix müəllimi 20 dəqiqəyə milyonçu oldu

45

İngiltərənin “Kim milyonçu olmaq istəyir?” şousunda seçimlərə baxmadan sualları cavablandıran 47 yaşlı tarix müəllimi Donald Fear 14 illik fasilədən sonra 1 milyon funt məbləğində böyük mükafat qazanıb.

“Hürriyyət” xəbər verir ki, Donaldın qardaşı keçən il eyni yarışmada yalnız son suala səhv cavab verib və 500 min funt qazanıb. Donald Fear 15 sualdan 13-nün cavabını variantlara baxmadan cavablayıb. Onun yarışmanı 20 dəqiqə ərzində başa vurması proqram tarixində bir rekord olub.

Qeyd edək ki, o, 3 kömək haqqından da istifadə etməyib. Donald mükafatın yüzdə 70-ni ailə üzvlərinə verəcəyini, qalanı ilə isə rahat bir təqaüd dövrü keçirəcəyini bildirib.