Tanınmış iş adamının ailəsini “dağıdan” Aysel Əlizadə görün nələr dedi: Sevgilin və… – VİDEO

    42

    "Mən aşiq olmaq üçün əlimdən gələni etdim. O isə mənə baxıb güldü".

    Bu sözləri adı iş adamı Elçin Nəcəfovun ailəsini dağıtmaqdan ittiham olunan və onun həyat yoldaşı ilə ciddi qalmaqallar yaşayan müğənni Aysel Əlizadə instaqramda yazıb. Son günlərdə kədərli statusları ilə diqqət çəkən sənətçi ürək sözlərini izləyiciləri ilə bölüşüb.

    "Əlindəkilərinin qədrini bilməyi öyrənməyincə, heç vaxt xoşbəxt olmayacaqsan. Həyatınızda insanlar da daxil olmaqla hər şey gəldi gedərdi. Çox az adam illərlə səninlə birlikdə addımlayır. Dostun, tanışın, sevgilin və kimlə ayrılmağınızdan asılı olmayaraq həmişə yadda saxlamaq lazımdır ki, bu insan həyatınızda boşuna olmayıb. Bu, növbəti həyat dərsiniz olub. Ən vacibi odur ki, bu dərsdən ən doğru nəticəni çıxarasınız, ona təşəkkür edib cəsarətlə yeni tanışlıqlara və dərslərə addımlayasınız”, – deyə Aysel Əlizadə instaqramda yazıb.

    Ayselin bu sözləri onun sevgilisi ilə münasibətlərinin soyuduğu və ayrıldıqları iddialarını gücləndirib.

    Xatırladaq ki, Elçin Nəcəfov adlı iş adamının xanımı Turanə Nəcəfova “Səni axtarıram” proqramında 13 illik ailəsinin Ayselə görə dağıldığını iddia etmişdi. Müğənni isə bunun böhtan olduğunu bildirmişdi.\\Publika.az