AAF-nin birinci vitse-prezidenti təyin edildi

    21

    Azərbaycan Alpaqut Federasiyası mətbuat xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, Federasiyanın idarə heyətinin qərarı və federasiya prezidenti Qüdrət Nuriyevin əmri ilə Nuranə xanım Şıxəliyeva AAF-nın birinci vitse-prezidenti təyin edilib.

    Qeyd edək ki, Qüdrət Nuriyev AAF-nin prezidenti seçildikdən sonra birinci vitse-prezident vəzifəsi boş idi. Nuranə Şıxaliyeva bu təyinatadək federasiyanın təşkilati və hümanitar məsələlər üzrə vitse-prezidenti idi. Bakı Hümanitar Texniki liseyin direktor müavini vəzifəsində çalışan Nuranə xanım ölkəmizin tanınmış təhsil işçisı olmaqla yanaşı, Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının fəallarından sayılır.