Tanınmış azərbaycanlı musiqiçi VƏFAT ETDİ

    36

    Azərbaycanın ilk rok qrupu olan "Yuxu"nun yaradıcısı İbrahim Emin vəfat edib.

    İ. Emin bu gün 56 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, İbrahim Emin 18 may 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. 1986-cı ildə "Yuxu" qrupunu yaradıb. Qrupun ifa etdiyi mahnıların sözlərini və musiqisini bəstələməkdən başqa qrupda bass gitarist kimi ifa edib.

    İbrahim Emin 2004-cü ildə Sumqayıtda “Sirr” qrupunu yaradıb. Qrupun 2014-cü ildə "Yoruldum" adlı albomu işıq üzü görüb. \\APA