Tanınmış yazıçıya qarşı şok dələduzluq Məmməd Məmmədov 8 il əvvəl pulunu ödədiyi mənzilə sahib ola bilmir

207

 

Bir dələduzun qeyri-insani kələyi və ya prokurorların ötür-ötür oyunları

Məmməd Məmmədov tanınmış yazıçı, peşəkar jurnalist hazırkı Azərbaycan ədəbi mühitində, bəlkə də, yeganə satirik qələm sahibidir. Ömrünün 81 yaşını arxaya ötürən yazıçı-publisist yenə də yazıb-yaratmaqdan yorulmur və  qələmdən-dəftərdən ayrılmır.

Amma ömrünün ahıl çağlarında uzun illər ailəvi dost olan, babası İsaq kişi ilə, özünün dediyi kimi, bir pud duz-çörək kəsən sənət adamını, rəhmətlik İsaq kişinin nəvəsi, İsayev Seymur Nizam oğlu və onun dövrəsinə yığılan bir qrup şəxs mənzil tikmək adı ilə Məmməd Məmmədovun 33.300 (otuz üç min üç yüz) manat pulunu almış, müqavilə əsasında ona məxsus mənzili başqalarına satmışlar…

(Əvvəli ötən sayımızda)

M.Məmmədov yenidən Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycanın Baş Prokuroruna, Daxili İşlər Nazirinə şikayət ərizələri yazır və həmin şikayətlər yenə də növbəti səfərə çıxır. Prezident Aparatı Baş Prokurorluğa, Baş Prokurorluq Bakı Şəhər Prokurorluğuna, Bakı Şəhər Prokurorluğu Nərimanov Rayon Prokurorluğuna, o da öz növbəsində RPİ-nə və 16-cı polis şöbəsinə göndərilir. Hətta Bakı Şəhər Prokurorluğunun DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icraatına nəzarət idarəsinin rəis müavini, Ədliyyə müşaviri Elçin Sultanov cənabları, Yasamal rayon prokurorunun icrasını əvəz edən Rəşadət Orucov cənablarına təhqiqat sənədləri həmin prokurorluqda olmaya-olmaya «ultimatum» xarakterli məktub da göndərir:

Bakı şəhəri Yasamal rayon prokuroru vəzifəsini

İcra edən cənab Rəşadət Orucova

«M.Məmmədovun hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş müraciəti baxılması və qanuni

qərar qəbul edilməsi üçün Sizə göndərirlər».

«Azərbaycan Respublikası Baş Prokurorunun 10/100 №li Əmrinin 50.5-ci bəndinin tələblərinə əsasən müraciət  müəllifinin qəbul edilməsini, müraciətdə göstərilən xüsusatların tam, obyektiv və ətraflı araşdırılmasını, qanuna müvafiq tədbir görülməsini təmin edib, nəticəsi barədə Bakı Şəhər Prokurorluğuna ətraflı arayış göndərməyinizi və müraciət müəllifinə məlumat verməyinizi xahiş edirəm».

Yasamal rayon prokuroru vəzifəsini icra edən kiçik Ədliyyə

müşaviri Rəşadət Orucov cənablarının 13 iyun 2020-ci il

tarixdə Elçin Sultanova göndərdiyi cavab məktubunda deyilir:

«Bakı Şəhər Prokurorluğunun  DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icratına nəzarət idarəsinin rəis müavini, Ədliyyə müşaviri Cənab Elçin Sultanoviç».

«Vətəndaş Məmməd Hüseyn oğlu Mmmədovun ev almaq məqsədilə pulunun İsayev Seymur Nizam oğlu tərəfindən ələ keçirilməsi barədə müraciəti  Bakı  Şəhər Prokurorluğundan Yasamal Rayon Prokurorluğuna daxil olmuşdur.

Müəyyən edilmşidir ki, M.Məmmədovun eyni məzmunlu  ilkin müraciəti əsasında Yasamal  RPİ-nni 28-ci  PB-də toplanmış material ərazi aidiyyatı üzrə  Nərimanov RPİ-yə göndərilməsi məsələsinə baxılması üçün Yasamal Rayon Prokurorluğunun 19.03.2020-ci il tarixli məktubu ilə Bakı Şəhər Prokurorluğuna 07.04.2020-ci il tarixli məktubu ilə həmin material araşdırmanın Nərimanov RPİ-də davam etdirilməsinin təmin edilməsindən ötrü Nərimanov Rayon Prokurorluğuna göndərilmişdir.

Odur ki, M.N.Məmmədovun müraciəti qeyd olunan materiala əlavə edilib araşdırılması üçün aidiyyatı üzrə göndərilməsi məsələsinə baxılmasından ötrü Sizə qaytarılır».

Yasamal rayon prokuroru vəzifəsitni icra edən

kiçik Ədliyyə müşaviri Rəşadət Orucov.

(Görünür E.Sultanovun yaddaşı korşalıb. Onun Yasamal RP-nə yazdığı 1 iyul tarixli son məktubunu poçt mənə çatdırıb.)

Bu məktubdan sonra Elçin Sultanov Yasamal Rayon Prokurorluğuna yazdığı məktubdan birini də 07.05.2020-ci il tarixdə Nərimaov rayon prokuroru Vüqar Əliyevə göndərir. Məktubun «dublikatını» alan qocaman sənət adamı, yazıçı-publisist, başına gün döyə-döyə Nərimanov Rayon Prokurorluğuna gedir. Və onu prokuror yox, prokurorun baş köməkçisi Asif adlı bir cənab qəbul edir. Və məlum olur ki, indiyədək toplanmış materiallar polis bölməsindədir. Hələ prokurorluğa qaytarılmayıb.

Asif müəllim qocaman yazıçıya «Ağsaqqal, narahat olmayın. Biz hər şeyi yoluna qoyub, nəticəsi barədə Sizə və Bakı Şəhər Prokurorluğuna məlumat verəcəyik», – deyib kişini ümidlə yola salır. Amma heç bir tədbir göülmür. Bunu həmin Elçin Sultanova 29 iyun 2020-ci ildə Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov cənablarına

ünvanlanmış növbəti məktubu da təsdiq  edir. Məktub eyni ilə əvvəlki məktubların təkrarıdır.

«Məmməd Məmmədovun hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş müraciəti baxılması və qanuni qərar qəəbul edilməsi üçün  Sizə göndərilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun 10/100 №li Əmrinin 50.5  bəndinin tələblərinə əsasən müraciət müəllifinin qəbul edilməsini müraciətdə göstərilmiş xüsusatların tam, obyektiv və ətraflı araşdırılmasını, qanunamüvafiq tədbir görülməsini təmin edib  nəticəəsi barədə 15.07.2020-ci il  tarixədək Bakı Şəhər Prokurorluğuna ətraflı arayış göndərməyinizi və müraciət müllifinə məlumat verməyinizi xahiş edirəm.

DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində

qanunların icratına nəzarət idarəsinin rəis müavini, Ədliyyə

müşaviri Elçin Sultanov”.

Binava şikayətçi birinci prokuror köməkçisi Asifin dediklərinə inanır və on beş gündən sonra Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, Baş Ədliyyə müşaviri Elçin Məmmədov cənablarının əsli Bakı şəhər prokuroru üçüncü dərəcəli Ədliyyə müşaviri cənab  İlqar  Abbasova, surəti  isə  şikayətçiyə göndərilən 31 may 2020-ci il tarixli  məktubunu da götürüb  Bakı Şəhər Prokurorluğuna gəlir və gördüklərindən «şoka» düşür. Prokurorluğun nəinki baş qapısı, hətta bütün qapıları, pəncərələri, dəlmə-deşikləri koronavirusun qorxusundan elə bərk-bərk bağlanmışdır, inanın binaya nəinki «Covid-19», hətta şeytanın özü də girə bilməzdi.

Hər yerdən əli üzülən qocaman yazıçı-publisist ümidini yenə Baş  Prokurorluğa bağlayır, 06 iyul 2020-ci ildə, günün qızmar çağında bir təhər Prokurorluğun qəbul otağının bağlı qapısını döyür. Qapını azca aralayan polis nəfəri:

– Ağsaqqal, yenə sənsən? Nə istəyirsən?

– Baş Prokurorun qəbuluna düşmək!

– Karantin dövründə Baş Prokuror heç kəsi qəbul etmir.

– Onda növbətçi prokuroru çağırın. Mən burda kimi isə görüb, başıma gətirililənləri ona söyləməsəm, gedən deyiləm…

…Çox keçmir ki, əvvəlkiləridən yaşda və cində böyük olan bir Ədliyyə podpolkovniki qapıda göründü.

– Kimdir, növbətçi prokuroru çağıran?

– Mən, – deyir ağsaqqal.

– Nədəndir şikayətin?

Prokurorun sözü elə bil ildırım köklü palıdı silkələyən kimi qoca yazıçını silkələdi:

– Ay cənab prokuror, ölkəni dolduran, dələduzlardan, fırıldaqçalırdan birinin mənim başıma gətirdiyi oyunu az qala Bakının bütün inzibati orqanları, o cümlədən də Baş Prokurorluqdakı məmurların hamısı əzbər bilir. Siz isə məndən «şikayətiniz nə barədədir» soruşursunuz.

– Amma mən bilmirəm, ona görə şikayətinizin və gəlişinizin məqsədini qısaca yazıb mənə verin, mən də onu  qeydiyyatdan keçirim və sonra istəyinizi Baş Prokurora  çıtdırım.

– Baş Prokuror mənim istəyimi bilir və deydiyim dələduzu da 2015-ci ildən tanıyır. O zaman Korrupsiya Baş İdarəsi onun bəd əməllərini araşdırıb.

– Amma mən tanımıram.  Xahiş  edirəm  ya şikayətinizi qısaca yazın, ya da mənim vaxtımı  almayın.

Ağsaqqal  baxır ki, növbətçi prokuror inadından dönən deyil, elə qapı ayğzında daşların üsütndə Baş Prokurorun adına bir qısa şikayətnamə yazır və növbətçi  prokurora verir.

– İntiligent Həsən Bəy demiş, bu başqa məsələ. Mən ərizəni  qeydiyyatdan keçirib Baş Prokurora istəyinizi çatdırarım və üç gündən sonra  nəticəni telefonla sizə bildirərəm. Xoş gəldiniz…

İndi qocaman sənət adamı 15 gündür həmin növbətçi  prokurorun zəngini gözləyə-gözləyə düşünür: «Sovet dönəmində dələduzun, fırıldaqçının, cibgirin biri başqa birinin cibinə girib, onun beşcə manatını həzm-rabitədən keçirsə inzibati orqanlar o dələduz faqqı-firigi, yerin deşiyinə girsə də, tutub cəzasını verərdilər. Çünki onda qanunlar sərt, qanun keşikçilri sadiq idilər, dələduzun və onun havadarının kimliyindən asılı olmayaraq ədaləti qoruyurdular.

İndi isə qanunlarımız mütəhərrik, qanun keşikçilərimiz qorxaq və aləmi dolduran dələduzlarımız isə şiri-nər! Kefləri duranda lap şeytanın özünə də papışı tərs tikirlər. Hər biri də arxasını balinadan, «kitdən» də nəhəng birinə söykəyib, biçarə, fağır fuğaranın ciblərini sökürlər. Prokurorlarımız isə bu «kit»lərin kimlər olduğunu bildikləri üçün, ağrımaz başına dəsmal bağlayıb, isti və rahat yerlərini soyutmaq istəmirlər.

Belə olmasaydı, şəxsən ölkə Prezidentinin tələbi ilə göndərilən bir şikayət  yeddi aydır Bakı Şəhər Prokuroru və polis idarələri tərəfindən «ötür-ötür»ə salınmazdı. İnzibati orqanlar qanunun polad sipərinə söykənib, vətəndaşın pozulmuş hüququnu bərpa edib, özünü mömin hesab edən fırıldaqçı dələduza yaxşı bir «qulaqburması» verərdilər. Özü də elə «qulaqburması» ki, onu dələduz ömrü boyu yadlarından çıxarmazdı.

P.S. Yazıçı-publisit 81 yaşlı qələm sahibi, Korona virusunun bütün dünyanı lərzəyə gətirdiyi bir zamanda  yeddi aydır pozulmuş hüquqlarının bərpası uğrunda prokurorluq və polis orqanları ilə cəngi-cidala çıxıb. Amma,  inzibati hüquq-mühafizə orqanları onun pozulmuş hüququnu nəyə görəsə bərpa etmir, «ötür-ötür» oyununu yeni-yeni mərhələlərə – raundlara keçirirlər. Bir maraqlı cəhət də odur ki, yeddi aylıq get-gəldən sonra 21 iyul 2020-ci ildə N.Nərimanov Rayon Prokurorluğunda məlum olub ki, M.Məmmədovun şikayət qovluğu hələ də Nərimanov RP İdarəsinin 16-cı bölməsində  yatmaqdadırlar. Burun prokurorların işinin səmərəsi.   Bu baxımdan, bizə belə gəlir ki, tanınmış yazıçını, peşəkar publisisti və  satirik şairi «koronavirus» yox, prokurorların peşə məsuliyyətlərinə laqeydliyi, onların nəhəng balinalardan ehtiyat etdikləri öldürəcək.

Allah eləməsin!

Arzuman Loğmanoğlu