Tanınmış jurnalist “AZAL”dan şikayətləndi: “Övladlarımız milyonçu balaları deyillər”

117

“Hörmətli Operativ Qərargah, tələbənin o qədər imkanı haradadır ki, onları vətənə qaytarmağa bu qədər pul tələb olunur? Türkiyədən qayıtmaq istəyənlər üçün 190, Avropadan evə dönmək istəyən tələbələr üçün 350 dollar bilet pulu tələb olunur. Belə olmaz axı! AZAL-a bir “dur”, deyin!”.

Bunu tanınmış jurnalist Azər Sarıoğlu deyib.

“Bütün valideynlər yüksək əmək haqqı almır. Övladlarımız orada dövlətin, müxtəlif fondların hesabına təhsil alır, milyonçu balaları deyillər. İnsaf edin!” – A.Sarıoğlu bildirib. \\Pravda