Tanınmış həkim: Koronavirusu müalicə edən heç bir dərman yoxdur – VİDEO

252

Bildiyimiz kimi, bakterial infeksiyalar (bakterial angina, bakterial pnevmoniya, otit və s.) antibiotiklərin köməyi ilə müalicə olunur. Sadə dildə desək antibiotiklər bakteriyaları öldürür.

Bir çox viruslara qarşı isə belə öldürücü təsirə malik olan vasitə yoxdur. Koronavirus da bu mənada istisna deyil. Hazırda koronavirusu öldürən heç bir dərman yoxdur.

Tanınmış ukraynalı həkim Yevgeniy Komarovskinin sözlərinə görə, belə vəziyyətdə lazım olmayan və effektsiz dərmaları qəbul etmək deyil, orqanizmin bərpası üçün ən uyğun şərait yaratmaq lazımdır. Bu nə deməkdir?

“Həyacanlanmayın, sakitləşin, isti geyinin, otaq temperaturu +18-20, nəmliyi – 40-60% olmalıdır. Evi tez-tez havalandırın, bol maye için, burun yollarını duzlu məhlulla nəmləndirin. Enerji çatışmazlığının qarşısını almaq üçün şırın maye için və ya qlükoza vurdurun (“sistem” şəklində – red.).

Hava çatışmazlığı, təngənəfəslik kimi simptomlar əmələ gəlibsə, dərhal peşəkar tibbi yardım üçün müraciət edin” – həkim bildirib.

Həmçinin həkim bildirib ki, koronavirus ürək, damarlar, böyrəklər kimi orqanlarda fəsdalar yaradanda, xəstəyə bu fəsdaları aradan qaldırmaq məqsədi ilə xüsusi müalicə təyin oluna bilər. Lakin koronavirusa bilavasitə təsir edən hər hansı dərman hələ ki mövcud deyil.\\Sagalmolun