Taliban zastavaya hücum etdi. 12 hərbçi həlak oldu. Yaralılar var. 4 nəfər girov götürülüb

66

Hurriyyet.org xəbər verir ki, Taliban yaraqlılarının Əfqanıstanın şimalındakı Cüzcan vilayətinin Akça rayonunda yerləşən Balaihisar hərbi zastavasına silahlı hücumu nəticəsində 12 nəfər hərbçi həlak olub, 5 nəfər hərbçi yaralanıb, 4 nəfər hərbçi isə yaraqlılar tərəfindən əsir götürülüb.

Bölgəyə əlavə hərbi qüvvə göndərildikdən sonra Taliban qüvvələri geri çəkilib.

Taliban hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Hurriyyet.org