“Taksiyə verməyə pul var?” – Tanınmış aktyordan Operativ Qərargaha ÇAĞIRIŞ

24

“Birazdan məktəb açılacaq. Hər kəsin uşağının da məktəbi evinin yanında deyil, aralıdadır. Metro işləməyəndən sonra bu yazıq uşaqlar o basabasda necə dərsə gedib-gələcək?”

Hurriyyet.org bildirir ki, bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor Rəşad Kəsəmənli deyib.

Aktyor muzeylərin açılmasından da vacib metronun fəaliyyətinin bərpasını vacib sayır:

“Hamı taksidən istifadə etməlidir? Bu qədərmi ciblərində artıq pulları var, uşağını hər gün məktəbə taksiylə aparıb-gətirsin? Təcili metrolar açılmalıdır. Muzeylər açılıb. İndiki halda insanların muzeylərə getməyə halı, həvəsimi var? Bütün işimiz düzəlib, qalıb muzeyimiz. Kim gedəcək muzeyələrə?İnsanlar bu dəqiqə az qala özləri muzey eksponatına çevrilir. Deyirlər, yoluxmaya görə ictimai nəqliyyatda məhdudiyyətlər var. Metrolar işləmir, avtobuslarda böyük sıxlıq var. Metrolar niyə işləmir? Metro işləsə, daha az yoluxma olar. Bir var, iki nəqliyyat vasitəsi ilə hərəkət edilsin, bir də var, təkcə avtobuslarla. Metro bağlanıb deyə hamı axışıb avtobuslara. Bu, insanlara zülm etmək deyil? Biri özüm, avtomobilim yoxdur, ictimai nəqliyyatdan istifadə edirəm. Metro da bağlı. “Elmlər Akademiyası” metrosunun yanından “Əhmədli”yə gedənə qədər nə qədər avtobus dəyişməliyəm. Gözləməyliyəm ki, basabas azalsın, sonra minim avtobusa. İnsanların da əsəbləri gərgindir deyə çox vaxt bir-birlərini təhqir də edirlər”.