Taksilərdə vahid qiymət tətbiq olunmalıdırmı? – BNA BU İSTİQAMƏTDƏ KONSEPSİYA HAZIR EDİR

138

Əksər hallarda ucuz qiymət təklif edən taksi şirkətləri var ki, onlar daha aşağı səviyyədə xidmət göstərilməsinə meyilli olur. Bəzən taksi sifariş verildik də, görürük ki, taksi gecikir. Buna görə də heç kim məsuliyyət daşımır. Hətta, sifarişlər maşından digər maşına da ötürülür. Bu da ondan irəli gəlir ki, həmin taksi şirkətləri daha az məbləğ əldə etdiyi üçün taksilərə sərmayə yatırmır. Nəticə etibarilə, bu sahədə rəqabət daha aşağı qiymətlərin üzərində qurulur”

Bunu Hurriyyet.org-a yol hərəkətinin təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov taksi sahəsində vahid qiymətlərin tətbiq olunmasından danışarkən bildirib. O, taksi şirkətlərinin müştərini cəlb etmək üçün daha aşağı qiymət təyin etdiklərini, lakin keyfiyyətin daha aşağı olduğunu deyib:

“Əslində, illərdir ki, Azərbaycanda vahid taksi qiymətiylə bağlı fikirlər müzakirə olunur. Lakin, fikirlər ayrı-ayrı dairələr tərəfindən birmənalı şəkildə qarşılanmır. İstənilən halda, taksi fəaliyyəti sahəsində vahid qiymətin olmasının tərəfdarı olmuşam. Reallıq ondan ibarətdir ki, Azərbaycanda taksi xidmətlərinin göstərilməsi sahəsində bir çox nöqsanlar var. Nöqsanlar daha çox taksi xidmətlərinin keyfiyyətiylə bağlıdır. Əksər hallarda ucuz qiymət təklif edən taksi şirkətləri var ki, onlar daha aşağı səviyyədə xidmət göstərilməsinə meyilli olur. Bəzən taksi sifariş verildik də, görürük ki, taksi gecikir. Buna görə də heç kim məsuliyyət daşımır. Hətta, sifarişlər maşından digər maşına da ötürülür. Bu da ondan irəli gəlir ki, həmin taksi şirkətləri daha az məbləğ əldə etdiyi üçün taksilərə sərmayə yatırmır. Nəticə etibarilə, bu sahədə rəqabət daha aşağı qiymətlərin üzərində qurulur. Müştərini cəlb etmək üçün daha aşağı qiymətləri təyin edirlər. Müştərilər də daha aşağı qiymət təklif edən taksi şirkətlərinə üz tutur. Düşünürəm ki, bu streotipi sındırmaq lazımdır. Təbii ki, taksi şirkətlərinin qabağına müyyən tələblər və standartlar qoyulur. Amma, xidmət səviyyəsi istənilən səviyyədə deyil. O baxımdan, vahid qiymətin tətbiq edilməsi şirkətlər arasında qiymət rəqabətini də aradan qaldırmış olacaq. Artıq, şirkətlər qiyməti ucuzlaşdırmağa deyil, keyfiyyətli xidmətə üstünlük verəcəkdir. Müştərilər də vahid qiyməti biləndən sonra, artıq taksi şirkətləri arasında keyfiyyətinə görə seçim etmiş olacaq. Qiymət tərtib edəndə də orta statistik azərbaycanlının maddi imkanına uyğun hesablanmalıdır”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə taksi fəaliyyətinin tənzimlənməsi istiqamətində konsepsiya hazırlanmaqdadır. Konsepsiyada taksi xidmətində vahid qiymələrin tətbiqi məsələsi də nəzərdə tutulub.

YƏHYA