Tacikistanda koronavirusa ilk yoluxma qeydə alındı

36

Hurriyyet.org xəbər verir ki, Tacikistanda yeni tipli koronavirusa ilk yoluxma halları qeydə alınıb. Koronavirusa yoluxma hallarının qarşısını almaq məqsədilə qurulmuş qərargah bu barədə rəsmi açıqlama verib. Açıqlama milli dövlət televiziyasının birinci kanalında səsləndirilib.

Açıqlamada deyilir: “Bu gün Tacikistanın Koronavirun Yayılmasına Qarşı Respublika Qərargahının iclası keçirilib. Ölkədə koronavirusa yoluxma hallarının baş verdiyi iclasda rəsmən təsdiqlənib”.

Hurriyyet.org