Təyyarədə mobil telefonun söndürülməsi niyə tələb olunur?

75

Britaniyalı pilot uçuş zamanı nə üçün mobil telefonun sönüdürlməsinin vacibliyini izah edib.

Mobil telefonlar təyyarənin naviqasiya sistemində əngəllər yarada bilir: “Bu illər ərzində aparılmış bir neçə təqqiqat bunu subut edib. İndi təyyarələrin texniki imkanları xeyli yaxşılaşsa da tənzimləyici orqanlar uçuşun təhlükəsizliyi ilə bağlı risklərə çox diqqətlə yanaşır” – deyə pilot Britaniyanın “Express” qəzetinə bildirib.

Sabiq stüradessa Bobbi Lori isə deyib ki, smartfonun naviqasiya sisteminə əngəl yaratması nadir hallarda ola bilər: “Bu, əgər bir neçə sərnişin eyni vaxtda telefondan istifadə edərsə mümkündür”./azpost.info/