Təlaşlı Paşinyan avropalıları hədələdi: “Türklər gəlib Vyanaya çıxacaqlar”

186

Hurriyyet.org xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə bağlı ağlagəlməz sözlər danışıb. Türkiyənin Avropaya yayılmağı hədəfə aldığını iddia edən Paşinyan deyib: “Əgər Türkiyə bunu bacararsa, onları Vyanada gözləyin”.

Ermənistan ordusunin mülki əhaliyə hücum eləməsindən sonra başlanan döyüşlər artıq 7-ci gündür ki, davam edir.

Cəbhədəki məğlubiyyətlərindən təşvişə düşən Paşinyan France24 televiziya kanalına müsahibəsində ağlagəlməz sözlər söyləyib. Müharibədə məğlubiyyət qorxusundan sərsəmləməyə başlayan Paşinyan Türkiyənin Suriya və İraqda terror təşkilatlarına qarşı əməliyyatlarını, Şərqi Aralıq dənizində isə Yunanıstanla gərginliyini diqqətə çatdıraraq deyib: “Ermənistan Türkiyənin şimala və şərqə doğru genişlənməsinin qarşısındakı son əngəldir”.

Avropa ölkələrini Türkiyəyə qarşı qızışdırmağa, avropalılara ağıl verməyə çalışan Paşinyan deyib: “Türkiyənin Türk İmperiyası qurmaq hədəfi var. Bu siyasətdə uğur qazansa, təəccüblənməyin. Sadəcə yunan adaları deyil, Avropa qitəsində də yayılmağa çalışsalar, təəcüblənməyin. Əgər Türkiyə bunları bacarsa, onları Vyanada da gözləyin”.