“Tələb edirik ki, uşaqlarımız geri qaytarılsın” –Etirazçılar İrəvan-Gümrü yolunu bağladılar

351

Ermənistanda hökumətə qarşı etiraz aksiyaları davam edir. Siyasi müxalifətlə yanaşı döyüşlərdə itkin düşmüş erməni hərbçilərinin yaxınları da hökumətdən izahat tələb edirlər.

Erməni mətbuatı xəbər verir ki, bu gün Şirak bölgəsinin sakinlərinin İrəvan-Gümrü avtomobil yolunu bağlayıblar.

“Üç aydır ki, övladım haqqında heç bir məlumatım yoxdur. Tələb edirik ki, uşaqlarımız geri qaytarılsın. İndi bütün valideynlər bir nəfər kimi bunu tələb edir. Ölkə liderləri həmişə olduğu kimi kefdə-damaqdadırlar və övladlarımızı düşünmürlər” -deyə etirazçılardan biri deyib. (AzPolitika.info)