Tələbələrimiz ermənilərin iştirak etdiyi yarışda QALİB OLDU

69

Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri Azərbaycan, Gürcüstan və Ermənistanda alman dili ixtisası üzrə təhsil alan tələbə və şagirdlər arasında keçirilən “Foto-marafon”da 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüblər.

Yarışma DAAD (Alman Akademik Mübadilə Xidməti) və Göte İnstitutunun təskilatçılığı ilə onlayn şəkildə keçirilib.

Yarışmanın şərtlərinə əsasən iştirakçılar 3 saat ərzində onlara spontan olaraq təqdim olunan mövzulara dair şəkillər çəkməli, həmin şəkillərə alman dilində şərh yazaraq onlayn platformaya yükləməli idilər.

Münsiflər heyətinin rəyləri və açıq səsvermə nəticəsində ADU-nun Tərcümə ixtisası üzrə tələbəsi Murad İlknur “Korona dövründə hisslər” kateqoriyasında 1-ci, alman dili müəllimliyi ixtisası üzrə tələbə Rəfiqə Cümşüdova “Pandemiya və fotoqraflıq” kateqoriyasında 2-ci və Tərcümə ixtisası üzrə tələbə Rəna Məmmədova “Evdə yeni kəşfim” kateqoriyasında 3-cü yerə layiq görülüb. \\Axar