Təhsildə fundamentallığa bir nəzər

429

Allahverdi Eminov

 Mən bir yazımda (“Təhsildə azad axtarış ruhu”, “Hürriyyət” qəzeti 17-18.09.2020) bütün ölkələr üçün xarakterik olan cəhətlər sırasında “Təhsildə fun­da­men­­tallığın inkişafı” problemini xatırlatmışdım. Yazmaq istəmişdim ki, konkret bir öl­­kə daxilində Təhsil fenomeni heç də saralmış kağızlar üzərində “islahatlar” apa­rıl­­­ması, hər il hesabatları filan qədər yeni məktəb tikilmiş və təmirdən keçmişdir (bu da lazımlı işdir), filan qədər məktəb direktoru vəzifədən azad edilmişdir (de­mək – təhsilin, şagirdlərin taleyi ilə oynamışlar), filan qədər məzunlarımız ali təhsil ocaq­­larına qəbul olunmuşlar və ilaxır ritorik deyimlər və yazılmışları təsəlli kimi qə­­bul etmişəm. Bunu şəxsi müşahidələrimdə qərara gəlmişəm – ən nüfuzlu vali­deyn­­­lər və rəsmilər, sosioloqlar və pedaqoqlar da təsdiqləmişlər ki, Allah repititor­la­­rın (uşaq hazırlayanlar) canına dəyməsin ki, təhsilin üzünü ağardırlar!

Amma nə eşit­­dim, nə də oxumadım ki, Sovet dönəmindən başlayıb bu günə qədər mütəmadi tə­­yin olunan Təhsil nazirləri səmimi etiraf etsinlər. Bu faktı da boyunlarına alma­dı­lar ki, ötən əsrin son illərində ali məktəblərə qəbul imtahanı verən abituriyentlərin top­­la­yb konkursa düşməyənlərin “keçid balından” qat-qat aşağı yığmışlar ən gözə­də­­yən ixtisaslara qəbul olunmuşlar! Məktəb direktorları bununla öz vəzifələrini qo­ru­­muş­lar, hətta məktəbdə sərbəst siniflər ayırıb repititorlara mün­bit şərait yarat­mış­lar. Allah onların sağlamlığını qorusun ki, təhsilimizə bu ağır zəhmətlərilə yardım­çı olmuşlar. Bu “hazırlama”nın fəlsəfəsində ən mühümü aldıqları maaşın son də­rə­cə aşağı olmasıdır ki, səhhətləri hesabına, mühüm məişət qayğılarını itirməklə sa­ba­­hı ümidlə açmışlar: ümid qırılmasın!

Yazdıqlarım nə “giriş”dir, də də “ekskursiya”dır: Təhsilimizin sabahkı tarixə ötü­­rülən faciəsidir. Təhsilin yuxarı kalibirli rəsmilərinin bir funksiyası isə şagirdlə­rin əx­laqi (davranış) dəyərlərə yiyələnməsi istiqamətini təşkil etməsidir, cəmiy­yət­də (döv­lətdə) insan resusunun (kapitalın) ilk olaraq maddi ehtiyacının ödənilməsi­dir, nail olmasıdır: bu isə özünü üç istiqamətə xidmətdə tapır. Birincisi, insan var­lı­ğı­nı ya­şatmağa ehtiyac duymalıdır. Dahi hind yazıçısı, Nobel mükafatı laureatı R.Ta­qor əbəs yerə deməmişdir ki, varlığım mənim üçün bir möcüzədir. İkincisi, in­san yeni fi­kir eşitməyə, oxumağa borcludur. Üçüncüsü, insan haqq işinə, yaxud işi­nə əda­lət­li görülməsinə ümidlidir.

Bu tarixi – əxlaqi missiyanı – bir şəxsiyyət kimi yetişməsinin fəlsəfəsində qəlb (könül) azadlığı dayanır, elmə yiyələnməyin öz vaxtı var və yaş, dünyagörüşü hə­­lə “tələsmir”. Bizim mövcud təhsilimizin fəlsəfəsində isə beş-altı yaşından şa­gird­­lərə qəliz riyazi – təbii elmi informasiyanı (bəzən müəllimin özünün baş açma­dı­­ğı məsələ və misallar, anlayışlar, mühakimələr qarşıya çıxır), anlayışları öyrət­mək, zorla ağıla yerləşdirmək cəhdi dayanır. Vaxt gəlir həmin uşaqlar orta təhsillə hə­­yata atılırlar, tamam başqa “mənzərələr”in tamaşasına dayanır, ziddiyyətlərin, ək­sik­liklərin, paradoksların və s. qeyri – əxlaqi proseslərin ağrısını yaşamalı olur­lar, düşünürlər ki, müəllimlərimiz bu mühüm məsələlərdən bir kəlmə də danış­ma­mış­­lar, vaxtımız riyaziyyatı, fizikanı, kimyanı və s. mənimsəməyə keçmişdir, hal­bu­­ki, cəmiyyətdə mənəvi mühitə tələb başqa imiş: vətəni sevmək, humanist addım­lar atmaq, kollektivdə yaxşı münasibətlər qurmaq, nəfsi qorumaq və s. Deməli, gənc nəslin əxlaqi potensialı təhsil həlqəsində inkişafdan qalmışdır, çünki “Əxlaqi dü­­şün­cə tərzi”nin formalaşmaması nəticəsində Dünyanı bütöv halda görə bilmə­miş­­dir. Bu zəruri “tərz”dən sonra, bunun kökü üstündə “elmi düşüncə tərzi” da­ya­nan­­da cəmiyyət, konkret dövlət (ölkə) qazanır. İnsanlar kütlə psixologiyasından im­­tina edirlər – qaçırlar, öz dövlətinə canbaşla xidmət göstərirlər. Axı, Dövləti 100-200-300 il də yaşatmaq mümkündür və bu rəqəmi tarix də təsdiqləyir. Çünki hər bir vətəndaşı onun yiyələndiyi elm yox, əxlaqı (tərbiyəsi) yaşadır, torpağını düş­­məndən qoruyanda o, nə riyaziyyatdan, nə də fizikadan, nə kimyadan biliyini işə salır və buna vaxtı da çatmır, milli şüuru diqtə edir ki, ana torpağı qorumalısan, ölü­­mə də hazır olmalısan.

Təhsil bütün gedişində fəlsəfəsini saf, təmiz, intəhasız, əxlaqi dəyərlər və qə­ni­­mətlər üzərində bərqərarlaşdıranda ümumdövlət mənafeyi qorunur, şəxsi maraq­la­­ra yer qalmır. Uzağa getməyək: XXI əsr Azərbaycan reallığı üçün heç də yetərli de­­yil. Sovet dönəmində orta təhsil alan, müstəqilliyimizdə vəzifə kreslosunda otuz­du­­rulan kadrlar (dilim gəlmir onlara “kadr” titulunu şamil edəsən), bu gün yaşı müd­­riklik səviyyəsinə çatanlar dövlət və xalq sərvətlərini talayıb – çapır, millət və­ki­­li seçilir, on illərlə hərlənən kreslosunu karusel sanır. Xəzərin nemətlərinə iştah­la­­nır, etibara qarşı nankorluq edir. Övladları 200-250 minlik maşınını idarə edirlər, la­­kin öz vicdanlarını idarə etməyi bacarmırlar. Belə bir konteksdə ali təhsil qaza­nan (!) varislər ümumdövlət maraqlarını şəxsi mənafelərinə qurban verirlər. Budur, ye­­ni nəslə təhsilimizin töhfə etdiyi “düşüncə tərzi”.

Sovet idealogiyasından miras kimi Şərq təhsilindən uzaqlaşma ənənəsi təəs­süf ki müstəqilliyimizdə də “fundamentallığı”nı saxladı, Qahirə, Təbriz kimi dün­yə­­vi statusa malik Universitetlərə bir dəfə də olsun Təhsil funksionerlərimizin aya­ğı dəymədi, zəngin təcrübələrilə maraqlanmadılar və Qərbdən, o cümələdən, Rusi­ya­­dan dördəlli yapışdılar, əndrabadi təhsil terminlərini gətirdilər, onları düzgün yaz­­maq üçün “orfoqrafiya lüğəti”nə baxmaq lazım gəldi. Buradan Şərq və Qərb dü­­şüncə tərzi ortaya çıxdı fərqli şəkildə. Şərq düşüncə tərzi Dünyanı emosionallığa bə­­lənmiş ağıl kimi təsəvvür edir, keçici sanır. Qərb düşüncə tərzi isə Dünyanı dai­mi götürür, məzmunu diqqətdə saxlayır, ağıla hədsiz üstünlük qazandırırlar, heç də be­­lə deyil. Bəzi Ağıllı dövlət başçıları deyilmi dəhşətli qırğınlar və müharibələri tö­­rə­dən, taxıl zəmilərinə od vuranlar? Ən ağıllı dövlət xadimlərindən Makedoniyalı Alek­sandr, Banapart Napaleon, Adolf Hitler deyilmidi müharibə törədənlər?

 

Şərqli dünya gözəlliyi, xeyirxahlığı, sülhsevərliyi üstün hesab edir, “dünya fa­­nidir” pıçıldayır, axirət dünyasına inandırır ki, insanlar pessimizmə qapıl­masın­lar, ümidlə yaşasınlar, haqsızlığa yol verməsinlər. Təhsilimiz uşaqlarımıza təlqin et­­məkdə acizdir ki, dövlət və xalq qarşısında etimadı doğrultmayan məmur (yaxud ic­timai xadimi) könüllü vəzifəsindən istefaya getməlidir, əksinə, əxlaqlı, intellektli şəx­­si təqaüdə zorla yola salır, özü isə gözündə eynəyi, kabinetində çeşidli dər­man­la­rı, cibində ətək-ətək pulları, ziyalıları qapı arxasında saxlayan pedantçı davranışı ilə işləyir, kreslo arxasında fırlanır ki, onu yuxu aparsın. Haçansa məşhur qadın döv­­lət xadimi M.Tetçerin “Dövləti idarəetmə sənəti” kitabında aşağıdakı iqtibası oxu­­muşdum: “Vətəndaşlarda dövlətin hökmranlığı yox, xidmət etməli olduğuna inam olmalıdır, mülkiyyət hüququna, müstəqilliyə inam olmalıdır. Demokratiya döv­­ründə əxlaqi prinsipləri nəzərə almadan dövləti idarə etmək demək olar ki, qey­ri-mümkündür”.

Milli təhsilimizin mənbələri kimi dərsliklərimizdə “tənqidi dü­şün­cə” tərzi an­layışa yasaq düşmüşdür, – desəm yanılmaram: bu məfhum ümumi dü­şün­cənin bir atributudur. Dəqiq elmlərdə konkret olub düz əyrini kəsir, humanitar elm­lərdə isə fərqlidir, belə ki, müxtəlif fikirlər söyləməkdə siyasi qüvvələrin sözü va­cib sa­yı­lır, görünür, bu istiqamətdir ki, siyasət qeyri-dəqiq elm sırasındadır. Fon Bis­mark tə­sadüfi deməmişdir ki, siyasət elm deyil, incəsənətdir.

Bu gün təhsilimizdəki (məktəbləri nəzərdə tuturam) mühit (ab – hava) mü­ba­­­hisəli məsələlərə imkan vermir şagirdlər şəxsi tənqidi fikirlərini qələmə alsınlar, hal­­buki tənqidi, məntiqi və obyektiv yazı yazmaqda düşüncə tərzi yardımçı olar. Bu, o deməkdir bu, pedaqoji əhəmiyyətilə yanaşı, totalitar mentaldan demokratik əx­­la­qa bir tranfarmasiya yoludur, vasitəsidir. Tənqidi düşüncə təmiz əxlaqa söy­kən­­mə­li­dir, yəni şagirdlər, eləcə də tələbələr ümumi mənada öz səhvlərini tapmaq, bu səh­vi düzəltmək yönümündə şüuru fəallaşmalıdır. Bu cür nailolmada orta mək­təb­­lər üçün hazırlanmış dərsliklərə böyük ehtiyac duyulur, məsələn, “postmodern” dərs­­liklər faydalı olardı, dərsliklər yalnız təsviri və tarixi mətnlərin təqdimatı üçün de­­yil, şagirdlər üçün nəzərdə tutulur. Təəssüf ki, bir qrup müəllimlərimizin canı dərs­­liklərlə qidalanır, balığın canı suda olan kimi!

Düşüncə tərzinin inkişaf bünövrəsi tam orta  təhsildən (məktəblərdən) baş­la­yıb universitetlərdə formalaşmaya doğru irəliləyir. Nə gizlədək, statiskaya görə bi­zim ən yaxşı universitetlərimiz belə dünya standartlarına cavab vermir. Vaxt olub ki, Bakı Dövlət Universiteti Dünya siyahısındakı universitetləri arasında yer alma­mış­­dır. ABŞ prezidentlərindən biri ötən əsrdə demişdir ki, Amerika Universitetləri qüd­­rətlidir ona görə yox ki, Amerika dövləti varlıdır, onun üçün ki onun univer­si­tet­­ləri varlıdır.

Əxlaqi dəyərlərlə maddi sərvətlər bir-birini tamamlamalıdır: əxlaq – dav­ra­nış İnsanı mənən – ruhən zənginləşdirir, tərbiyələndirir və s. bilik – savad insanın ağ­­lı­nı, səviyyəsini müəyyənləşdirir, ikisi bir-birini tamamlayanda xalq “ortada” qa­lib rolunu seçməkdə tərəddüd etmir. Təhsilimiz insanilik, humanistlik, nəfsi tox ye­tiş­­dirməyi proqnozlaşdırmaqdan, düzgün yaşam yolunu seçməkdən daha çox bu in­sa­­nın müqəvvasını hazırlamaqla məşğuldur. Mütəxəssis (kadr) yetişdirmək əvəzinə qəy­­yumçuluğa həvəsləndirilir. Acınacaqlıdır ki, belə bir təlqinin nəticəsidir pulu – sər­­vəti, sayılan vəzifəsi, hökmü – zoru olanlarla qohumluq bağlılığına rə­vac ve­rir­lər. Bu addım artıq adiləşmişdir. Xatırlaya bilərik ki, müqəvvadan bostan­lar­da, ta­xıl zəmilərində, meyvə bağlarında sərçələri, sağsağanları, sığırçınları qov­maq­da is­ti­fadə olunurdu. O vaxtlar çox ucuz qiymətə (indi od qiymətinə satılır) olan kon­serv­lərin qutuları gözətçiliyi əvəz edirdi!

Min təəssüf ki, müəllim hazırlığında əhəmiyyətini itirməkdə olan standart me­­yarlara daha geniş meydan verilir: Mənim şəxsi fikrimdir: qəbul edilməməyə da­­ha çox ehtimal var, vaxtilə vəzifəli funksionerlərin əli (imzası) üstündə olmuş­dur, müəllim seçimində canlı praktikaya – pedaqoji təcrübəyə deyil, testlərə ümid bağ­­lamaq. Bəlkə də başqa sənət – peşədə bu üsul özünü doğruldur, o yerdə nəzəri ha­­zırlıq çox vacibdir, yerinə düşür, lakin müəllim – pedaqoq heç ali məktəbdə də tam yetişmir (artıq tələbələrin praktik vərdişlərə yiyələnməsi üçün “pedaqoji prak­ti­­ka”nın saatları kəskin şəkildə azalmaqdadır). Dahi filosof Fales (e.ə. 625-547) de­miş­­dir ki, müəllim hazırlanmır, doğulur. Bəli, tamam düzgün proqnoz verilmişdir. Müəl­lim seçimi aparmaq üçün onu (iddiaçını) sinfə apar, ix­tisas fənnindən ən azı 3 (üç) dərs saatı keçsin, təcrübəli müəllim müşahidə apar­sın. Bir zəngin praktikaya ma­lik müəllimin fikri bir düjün testin suallarına nəzəri ca­vaban faydalıdır. Qədim mi­salda deyilmiş ki, praktika nəzəriyyənin məhəng da­şı­dır. Xatırlamağa dəyər ki, So­vet dönəmində respublikamızda İttifaq səviyyəsində gö­rünən Məhər Quliyev, Mus­tafa Salamov, Zərbəli Səmədov, Aliyə Təhmasib, Hə­sənağa Əhmədov, Səyad Rüs­təmova, Abuzər Ağayev səviyyəli fənn müəllimləri var­dı, onların fərdi təcrübə­si öyrənilirdi. Bəs nə üçün 20-25 ildə yeniləri yetişmir? Bəl­kə var, sadəcə təcrü­bə­lə­ri öyrənilmir! Ona görə ki, nə “Azərbaycan müəllimi” qə­zeti, nə də “Azərbaycan mək­təbi” jurnalı (bu sətirlərin müəllifi bu mətbuat or­qan­larında çalışmış (1974-1984), qabaqcılların təcrübəsini öyrənmiş, ümumiləş­dir­miş, kitab yazmış və mət­buat səhifələrinə çıxarmışdır. Bunun əhəmiyyəti iki me­yar­la ölçülürdü: Müəllimin şəx­si təcrübəsi yayılırdı respublika səviyyəsində və müəl­limə mənəvi stimul ve­rir­di. Bu cür ənənələri dirildib yaşatmaq lazım gəlir. Gü­man edirəm ki, yeni nazir Emin Əmrullayev və onun komandası on illərlə özü­nü doğruldan bu məsələyə daha op­timal tərzdə qayıdacaqdır…

Bu gün elə bir zəruriyyət yaranmış ki, təhsil Şərqin emosional, Qərbin rasio­nal düşüncə dəyərlərinə söykənməlidir.

Qayıdıram ilk fikrimə: Təhsilimiz bizə, soydaşlarımıza nə vəd edir? İnsanın ya­­şam fəaliyyətini hansı mühit şərtləndirir: Torpaq, Dəniz və Kosmos. Bunlarsız qi­­da yoxdur, yaşamaq da həmçinin. Deməli, biz və gələcək nəsil bu üç maddiyyatı əlin­­də saxlamalıdır. Türk imperatorları min illər hesabına Dənizdən və Torpaqdan ye­­tə­rincə faydalandılar, Şərqin və Qərbin bir hissəsinə yiyələndilər. Gənc türk Sul­ta­­nı Mehmet Fateh 1452-ci ildə üç dənizin arasında yerləşən İstanbulu fəth etdi. 1920-ci ildə Mustafa Atatürk ən vacib kəlam işlətdi: “İstiqlalımız səmadadır”.

Biz bu günə çatdıq. Bəs nəyə çatmamışıq?