Təhsildə azad axtarış ruhu…

57

Çox düşündüm: cəmiyyətin siyasi, iqtisadi və mədəni riçaqlarını özündə eh­ti­va edən təhsilin şah damarı necə olsun ki, orqanizmin sağlamlığını təmin etsin. Gənc nəslin humanist və demokratik ovqatda böyüməsinə zəmanət versin, gə­lə­cək­də idarəetmədə yanlışlığa aludə olmasın: insan haqlarını tapdalamasın, süni kon­flik­tə şərait yaratmasın, korrupsiyaya uymasın, proteksionizmdən uzaqlaşsın, xa­riz­mə sevgisini oyatmasın. Bu faktorlar ifrata varmadan həyata keçiriləndə şəx­siy­yət azadlığı qərarlaşır: hərçənd, bu məfhumun mahiyyətində insanların dövlətin xü­susi icazəsi olmadan bəzi işləri (tədbirləri) həyata keçirmək dayanır hüquqi ba­xım­dan.

Unutmayaq ki, dövlətin də öz vətəndaşlarının siyasi – ictimai və sosial – mə­nəvi maraqları yox deyil. Və şəxsi hüquqlar qorunur. O ölkədə (dövlətdə) və­tən­daş­lar o inamla yaşayırlar ki, açıq şəkildə fikir və ideya mübadiləsinin vasitəsilə hə­qiqəti yalana, populizmə qurban vermirlər. Hər bir insanın dəyərləri, dəlilləri gənc nəslə nümunə olur. İngilis filosofu Con Millin fikri məndə maraq doğurdu, yaz­mışdır: “Əgər deyilən fikir düzgündürsə, o zaman insanlar yanlışlığı dəyişərlər, onu həqiqətlə əvəz etmək imkanından məhrum olarlar, əgər bu fikir səhvdirsə, on­da onlar başqa bir şeydən məhrum olurlar: yanlışlıqla toqquşarkən həqiqətin qa­zan­dı­ğı aydınlığı və canlılığı hiss etmək imkanından”.

Haşiyə çıxardım ki, bu gün də yazıçılar, alimlər, ictimai xadimlər vətəndaşların azadlıqlarının qorunmasına təsir gös­tərirlər, buna çalışırlar, mətbuatda fikir söyləyirlər, təəssüf ki, bəzi “yüksək kali­birli” məmurlar problemə laqeyd yanaşırlar, barələrində yazılanları belə oxumaq is­təmirlər. Qəribədir, belə ruhlular təhsilin və mədəniyyətin idarəolunması həl­qə­si­nə gətirilir, öyrənmə həvəsi yarananda, pedaqoji prosesin, yaxud incəsənətin içə­ri­si­nə – estetikasına az – çox varanda vəzifəsindən uzaqlaşdırılır.

Deməli, belə “uni­ver­sal” kadrlar üçün ixtisas, peşə anlayışlarının fərqi yoxdur, təki, yüksək vəzifə gö­rünsün. Yaxın keçmişimizdən: Təhsilin içərisində püxtələşmiş, mən obrazlı “biş­miş” deyərdim professor, Milli Elmlər Akademiyasının müxbir üzvü, demok­ra­tik ruh­lu Misir Mərdanov uzun illər respublika təhsilinə rəhbərlik etmiş nazir ki­mi çox işlər görmüş və “islahatçı təhsil naziri” ayamasını (yaxşı mənada) qa­zan­mış­dır. Açıq sözlü idi. Münasibətlərimizdə ziddiyyətlər olmuşdur, lakin bu, mənə haqq vermir arxasınca danışım. Mən isə belə bir ayama (müsbət mənada) deyər­dim: “yeri görünən nazir”! Təbii haldır mövcud vəzifədən uzaqlaşmaq. Məsələ on­da­dır, Misir Mərdanovdan sonra təhsil naziri vəzifəsində oturanlar (M.Cabbarov və C.Bay­ramov) qeyri-peşəkardırlar və öz yerlərini sonralar tutdular, hər iki gənc nazirə uğurlar diləyirəm…

İndi “üçüncü” təhsil naziri daha gənc Emin Əmrullayevdir, şəxsən mən pe­şə­kar pedaqoq – alim olaraq ondan çox şey umuram. Əgər öz əqliylə işləsə, bəzi məmurlar müdaxilə etməsələr…

Təhsil cəmiyyətinin bütün sferalarında, xüsusilə, demokratik dövlətin ən va­cib komponentlərindən biridir, bəlkə də birincisidir. Sosioloq Tomas Cefferson yazmışdır ki, əgər xalq elə güman edir sivilzasiyanın hər hansı mərhələsində o, həm cahil, həm də azad ola bilər, deməli, o, heç vaxt mümkün olmayan hər şey istəyir”.

Təhsil sosial proseslərə birbaşa təsir edən ən mühüm faktor sayılır, ona görə ki, bir tərəfdən qabaqcıl texnologiyaların mənimsənilməsinə yardımçıdır, digər tə­rəf­dən milli və bəşəri dəyərlərin oriyentasiya sistemini formalaşdırır. Bu, əlbəttə uzun müddətli və dəyişkəndir, xüsusilə, qloballaşan dünyada ziddiyyətlərlə üzləşir, hət­ta milli maraqlara mənfi təsir göstərir: biz müstəqilliyimizin gedişində bunun şa­hidi olmuşuq. Nə qədər tədris planları və proqramları, dərsliklər və onlara kö­mək­çi vəsaitllər təzələnir, surətlə də köhnələr. Axı, bu “yeniləşmələr” hədsiz döv­lət vəsaiti hesabına başa gəlir. Buraya təhsil məmurlarının – öyrənmək məqsədilə ezam edilən rəsmilərin xərclərini qoşsaq, fantastik rəqəmlər alınar. Amma təsəvvürü­mə də gətirirəm elə ölkə tapılarmı vətəndaşları təhsil sistemindən razı qalsınlar?

Dünyanın hər yerində təhsil sistemini modernləşdirməyə çalışırlar – günün tələblərinə mümkün qədər yaxşı cavab versin, ayrı-ayrı ölkələrdə bu sahədə islahat­lar səngimir, bu halda hər bir dövlətin spesifik tələbatı, inkişaf səviyyəsi, təhsil sa­həsində milli ənənələri nəzərə alınır. Lakin bütün ölkələr üçün ümumi olan cə­hətlər də unudulmur. Şərti olaraq onları belə müəyyənləşdirə bilərik: 1) Demokra­tik təhsil, 2) Təhsililn fundamentallığının inkişafı, 3) Təhsilin humanistləşdirilməsi və ictimailəşdirilməsi.

Ötən əsrin 60-cı illərindən Azərbaycan təhsil (maarif) quruculuğunda da is­tə­nilən sayda eksperimentlər aparılmış, ağılabatan və faydasız (formal) işlər gö­rül­müş­dür. Sovet pedaqoqları Moskva orta məktəblərində (özü də ən qabaqcıllarında) təcrübələr, sınaqlar aparmış, aldıqları müsbət nəticələri İttifaq məkanında tətbiqinə nail olmuşlar. Unutmuşlar ki, müttəfiq respublikalarda, onların əyalətlərində elə şərait yoxdur, tələblərə cavab verən məktəblər yox dərəcəsindədir. Pedant rus peda­qoq­ları (nəzəriyyəçiləri), metodistləri (praktikləri) on illik təhsil müddətini artır­dı­lar, uşaqların məktəb yaşını azaltdılar, 6-nı tətbiq etdilər (5 yaşından da getməsini va­cib sayanlar oldu).

Bəli, yenə yüksək inkişafa və zəngin məktəblərə malik Mosk­va, Leninqrad ilə əyalət (kənd, aul, qəsəbə və s.) şagirdlərini bərabərləşdirdilər: bu sə­tirlərin müəllifi birbaşa bu “oyunların” müəllim kimi şahididir. Müttəfiq respub­li­kaların təhsil sistemi Mərkəzdən (Moskvadan) idarə olunurdu, xüsusilə, tarix, coğ­rafiya dərslikləri tərcümə ilə şagirdlərin istifadəsinə verilirdi. Rus pedaqoq­la­rı­nın, təhsil funksionerlərinin qulağı almışdı (ötən əsrin 90-cı illərini nəzərdə tu­tu­ram) ki, ABŞ-da təhsil sistemində ümumxalq miqyasında “xüsusi islahatlar proq­ra­mı” hazırlanmışdır, bu proqram belə bir fikrə əsaslanırdı: təhsil həyat səviyyəsinin mü­hüm göstəricisi, XXI əsrdə Amerikanın bütün dünyada rəqabətə dözə bilmək im­kanının açarıdır. O vaxt amerikalıların dilindən çıxmışdı: “Biz təhsilə və maarifə yük­sək qiymət verən xalq olmalıyıq”.

Hər bir valideyn istər ki, yaşadığı ölkədə bu te­zis geniş mənada əsas götürülsün: təhsilin nüfuzunun qaldırılmasından milli gə­li­rin təhsilə ayrılan hissəsinin əhəmiyyətli dərəcədə artırılmasına qədər.

Müstəqilliyimizin bir atributu da demokratiklikdir, təhsilimiz də bu isti­qa­mət­lidir və məqsədimiz də humanist – xəlqi qaydalara, demokratik təcrübəyə dair də­rin biliklərə yiyələnən, hər şeyi (lazımlısını) öyrənmək istəyən, maraqlanan müs­tə­qil vətəndaşların yetişdirilməsi üçün şərait (mühit) yaratmaqdır. Bu amalda müx­tə­lif mövqeləri və fikirləri öyrənmək, onlardan istifadə etmək, milli mənlik şüu­ru­nu formalaşdırmaq və s. üçün geniş imkanların yaranması nəzərdə tutulur. Demokratik təhsilin hələ öyrənilməli fəlsəfəsi vardır və populizmi sevmir: rəsmi tribu­na­lar­da, sosial şəbəkələrdə, hesabatlarda funksioner rəhbərlərin təlqin etdiyi, mara­ğın­da olduğu qeyri-xəlqi, azad axtarışa maneçilik törədən əmrləri, şifahi göstərişlə­ri da­vam edir.

Pedaqoji kollektiv məktəbdə istədikləri, idarəetmə qabiliyyətli, zən­gin me­todikalı, şagirdlərin “dilini” tapan bir müəllimi direktor seçməkdən məh­rum­dur, bu işi ya rayon icra hakimiyyətinin başçısı (o, baytar, mühəndis, inşaatçı ola bilər), ya da təhsil naziri (tanımadığı təqdirdə) yerinə yetirir, bu ənənə təəssüf ki, on il­lər­lə­dir həyata keçirilir. Ən qəribəsi ondadır rayona təyin olunan yeni icra ha­kimiy­yə­ti başçısı “islahata” təhsildən, məktəb direktorlarını gözaltılamaqdan baş­layır, niyə, nə üçün?

O da paradoksdur ki, başqa bir rayondan (Bakı şəhərini nəzərdə tuturuq) di­rek­tor gətirilir. Yeni kollektivin “damarını tutana” qədər aləm qarışır, xaos yaranır. Cə­nab məmurlar, bu nə zavod, nə fabrik, nə şirkət deyil, təhsil ocağıdır, gənc nəs­lin taleyinə cavabdeh rəsmi qurumdur, valideynlərin etibar etdiyi məktəbdir, təyin etdiyiniz direktor cəsarət göstərib müəllimin bir dərsini dinləyib, didaktik təhlil apar­maq iqtidarında deyil!

Yaxın illərimizin xoşagəlməz, cinayət xarakterli hadisələrində günahkar mək­təbin direktoru deyilmi? Mətbuat açıqlamasını oxuyanda dəhşətə gəlirsən: Hət­ta şagird ölümü ilə nəticələnən hadisələr, müxtəlif adlar altında uşaqlardan top­la­nan rüşvətlər, müəllim(lər) tərəfindən döyülən şagirdlər. Günahkar kimdir? Cavabı tapılacaq!

Onu deyərdim ki, təhsilin demokratik prinsipini öz iradəsi naminə pozan, ar­xa­sı dayaqlı məmurlar, səlahiyyətlilər, isti yuva tapanlar, bəs itirinlər kimlərdi? Uşaqların gələcək taleyinə soyuq, laqeyd yanaşanlar! Bu iztirablı dəqiqələrimdə ame­rikalı professor İ.Finnin təhsilə yanaşması gerçəkliyi yadıma düşdü: “Azad cəmiy­yətlərdə xüsusi rol oynayır. Başqa rejimlərdə təhsilin həmin rejimin əlində bir va­sitədirsə, demokratik idarəetmədə rejim xalqa xidmət edir, vətəndaşların bu re­ji­mi yaratmaq, müdafiəsinə durmaq, təkmilləşdirmək imkanı əsasən onların keçdiyi təh­sil sisteminin keyfiyyəti və effektliyinə əsaslanır. Tam əsasla demək olar ki, de­mok­ratiya şəraitində təhsil azadlığın özünə uzun müddət ərzində çiçəklənmək im­ka­nı verir”.

Əlbəttə, ölkədəki təhsil sistemini birdən dağıtmaq, xarici təhsilə aludəçiliyə uymaq, milli maraqlarından uzaqlaşdırmaq, doğma dilini mövcud dəbdə olan xarici di­lə “qurban” vermək (SSRİ-də rus dilinin hegemonluğunu xatırlamaq kifayətdir), uşaqlarını həmin dilin təsirilə o dildə oxutdurmaq – yeni demokratik təhsil sistemi for­malaşdırmaq cəhdinə ehtiyac yoxdur. Ona çalışmaq lazımdır ki, milli təhsilimiz dün­yada hamı tərəfindən tanınsın. Unutmayaq ki, xalis totalitar təhsil metodları sər­bəst rəqabət nəticəsində öz yerini yeni, modern təhsil metodlarına ötürməlidir: bu, həyatın tələbidir. Etiraf edək ki, XXI əsrdə dünyada bir çox istiqamətlərdə təhsil dairəsində islahatlar aparılır. Məsələn: Təhsil üzərində inhisarlar aradan qaldı­rı­lır: keçmiş vaxtı həyata keçirilməsi üçün lazımi şəraiti mümkünsüz navator, in­no­va­tiv sistemlərin tətbiqi: gənc nəslə siyasi və iqtisadi şəraitə uyğunlaşmağa, bir qə­dər bundan qabaq cəmiyyət üçün (konkret ölkələrin nümunəsində) yararsız sayılan cid­di tənqidə məruz qalan dəyərlərin orientasiyasını müəyyənləşdirməyə kömək edə­cək yeni kursların tədris proqramlarına daxil olunması, məcburi məktəb proq­ra­mı­nı təşkil edən – əsasən humanitar, sosail – iqtisadi kursların əksəriyyətinin yeni­dən nəzərdən keçirilməsi.

Bir məsələni yaddan çıxarmayaq: demokratik normaların mənimsənil­mə­sin­dən danışarkən insan şəxsi azadlıq həvəsilə doğulur və demokratik təsisatların cəmiyyətdə necə fəaliyyət göstərməsini icra edir, bu cür təsisatların əksəri ölkəmizdə ya­ranmaqdadır: bu, o deməkdir ki, toplanmış dünya təcrübəsini, eləcə də siyasi, iq­ti­sadi, sosial, mədəni inkişafın xalqımıza xas olan xüsusiyyətlərini diqqətlə öy­rən­mə­yə borcluyuq. Mütərəqqi Şərq təhsil sisteminə biganə qalmamaqla, onların zən­gin əxlaqi dəyərlərini mənimsəyib tətbiqində həvəsli olmalıyıq. Xarici təhsil sis­te­mini mexaniki ölkəmizə daşımağa meyillilikdən uzaqlaşmağın vaxtı nəinki çat­mış­dır, ötmüşdür.

Yaşlı nəsil ailə və təhsil mühitində, məktəb partası arxasında elə xüsusiy­yət­lər tərbiyə etməlidir – bu dəyərlər həyat yollarında onlara ən mürəkkəb siyasi, iq­ti­sa­di, mənəvi vəziyyətlərdə ən yüksək dərəcədə sivil insan olmaqda yardımçı olsun. Ziyalılıq də­yərini itirməsin. Ziyalı məfhumu özündə “düşünməyi bacaran, tərəf – mü­qabilini an­layan, mədəni davranışın yerini bilən (“ziyalı” latınca intelligens – in­telligent de­mək­dir) anlayışdır, mənəviyyatının, daxili hisslərin ən mühüm keyfiyyət­lərini: zən­gin dünya və milli mədəniyyətə qovuşmaqdır, bəşəri dəyərlərə yö­nəl­mək­dir, dö­zümsüzlüyü qəbul etməməkdir. Bu keyfiyyətlər hər bir insanda özünü bü­ruzə ver­məlidir. Gənc nəsli elə tərbiyə etməyə borcluyuq – varlıların, maqnat­la­rın, oliqarxların ofşar sərvətlərinin qarovulçusuna çevrilməsinlər.