“Təhdid haradan gəlirsə gəlsin, Azərbaycanın yanındayıq” – ƏRDOĞANIN MƏTBUAT KATİBİ

69

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın “CNN Türk” kanalına müsahibəsində Ermənistanın işğalçı siyasətindən, Rusiya və Türkiyə prezidentlərinin dünənki telefon danışığı zamanı bu məsələni müzakirə eləməsindən bəhs edib.

İbrahim Kalın deyib: “Döyüşlər ilk dəfə sərhəddə baş verib. Bu mənada təhlükəli bir haldır və dayanması, tərəflərin masaya əyləşməsi lazımdır. Bu münaqişədə işğalçı olan tərəf Ermənistandır. Möhtərəm prezidentimiz bunu dünən cənab Putinə də izah edib. Prezidentimizin bu məsələyə münasibəti belədir: “Biz Azərbaycanın yanındayıq”. Bununla bağlı kiçik bir tərəddüd belə yoxdur. Azərbaycanın birliyi, həmrəyliyi bizim birliyimiz və həmrəyliyimizdir. Dünən prezidentimiz rusiyalı həmkarı Vladimir Putinə açıq şəkildə bunu dedi: “Siz, Ermənistanla münasibətlərinizdən istifadə edib, gərginliyi azaldın”. Təhdid haradan gəlirsə gəlsin, Türkiyə sona qədər Azərbaycanın yanında olmaqda davam edəcəkdir. Ancaq bu, diplomatiya qapılarının bağlanması demək deyil”.

Hurriyyet.org