Təbrizdə şok olay: Kiçik qız heykəlini oğurlayıb… – Foto

75

Güney Azərbaycanın Təbriz şəhərində “uyğun olmayan geyim” səbəbi ilə sökülən kiçik qız heykəli etirazlardan sonra yerinə qaytarılıb.

5 yaşlı qız heykəli geyimində dəyişikliklər edildikdən sonra yenidən əvvəlki yerində bərpa edilib.

Oyun kubları (Lego) üzərində oturan kiçik qız heykəli aylar öncə bələdiyyə tərəfindən hazırlanaraq parkların birində quraşdırılmışdı.
Heykəlin götürülməsi sosial şəbəkələrdə azərbaycanlı istifadəçilərinin sərt reaksiyasına səbəb olub.

Dəyişiklikdən sonra “qızcığaz heykəl”in qolları və ayaqları örtülüb. \\Teleqraf