Təbriz və Ərdəbildə Azərbaycana dəstək nümayişləri keçirilir

129

Hurriyyet.org xəbər verir ki, Qarabağdakı cəbhə xəttində Azərbaycanın işğal altındakı torpaqlarını geri qaytarması üçün başladığı əks-hücum əməliyyatının uğurla davam elədiyi bir zamanda Azərbaycana dəstək yürüşləri davam edir.

Cənubi azərbaycanlılar Ermənistana dəstək verənlərə etirazlarını bildirirlər. İranın iki böyük türk şəhəri olan Təbriz və Ərdəbildə böyük nümayişlər keçirilib.  Təbriz şəhərinin mərkəzinə toplaşmış nümayişçilər  “Qarabağ bizimdir, bizim olacaq”, “Ya Qarabağ, ya ölüm”, “Hayqırıram, hayqırıram, mən türkəm” şüarları səsləndirərək, Ermənistana qarşı Azərbaycanı dəstəklədiklərini bəyan ediblər. Minlərlə nümayişçi erməni bayraqlarını yandırıb, Ermənistanla dost münasibətdə olan Tehran hakimiyyətinə etirazını bildirib.