Təbriz klubları İran çempionatının LƏĞVİNİ İSTƏDİ

63

Koronavirusdan ən çox zərər çəkən ölkələrdən sayılan İranda 4 klub yerli federasiyaya çempionatların ləğv olunması ilə bağlı müraciət edib. Bunlar Təbrizin “Traktor”, “Maşınsazi”, həmçinin “Qol Qohar” və “Nassaci” komandalarıdı. Bu klublar qalan oyunlarda meydana çıxmaq istəmirlər. İran çempionatında mübarizə aparan bəzi komandaların isə fərqli fikirdə olduğu bildirilir. Futbol Federasiyası məsələ ilə bağlı yaxın günlərdə qərarını açıqlayacaq.\\Football-plus.az