TƏBİB vətəndaşlara çağırış etdi…

75

TƏBİB vətəndaşları koronavirusla mübarizədə həkimlərə dəstək olmağa çağırdıYaqut Qarayeva

“Reanimatoloq həkimlərimizə həm burada, həm də cəbhədə çox ciddi ehtiyac var. Yenə də xalqımızdan xahiş edirik ki, koronavirusla mübarizədə həkimlərə dəstək olsunlar”.

Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

“Biz baş verə biləcək bütün proseslərə hazırıq. Amma kömək istəyirik ki, iki cəbhəyə yox, bütün diqqətimizi bir cəbhəyə yönəldək”, – o bildirib.