TƏBİB tələbə və rezidentlərə müraciət etdi

96

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tələbə və rezidentlərə müraciət edib.

TƏBİB-dən verilən xəbərə görə, müraciətdə deyilir:

“Əziz TİBB TƏLƏBƏLƏRİ və REZİDENTLƏR!

Koronavirusla mübarizədə dövlətimizə və fədakar həkimlərimizə dəstək olmaq və yeni biliklər qazanmaq istəyirsinizsə, aşağıdakı linkdə qeydiyyatdan keçərək bizə qoşula bilərsiniz. Könüllü xidmət üçün yalnız III, IV , V və VI kurs tələbələri və rezidentlər müraciət edə bilərlər.

https://docs.google.com/…/1FAIpQLSeGcImK3EogaAB2CT…/viewform

Könüllü işlər həm ofis, həm də xəstəxanada həyata keçirilə bilər”.