TƏBİB Sumqayıt Səhiyyə şöbəsinin müdirinə irad bildirib – ŞƏHİD ANASININ ÖLÜM SƏBƏBİYLƏ BAĞLI AÇIQLAMAYA GÖRƏ

453

Ötən gün ikinci Qarabağ müharibəsinin şəhidi Nurlan Nuruzadənin anası Minəxanım Nuruzadə koronavirusdan vəfat edib. Lakin yaxınları şəhid anasının dünyasını dəyişməsində həkimləri ittiham edirlər.Yaxınları bildirir ki, Minəxanım Nuruzadə xəstəxanada baxımsızlıq səbəbindən dünyasını dəyişib.

Məsələylə bağlı Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Səkinə Sadıxova  ilə əlaqə saxladıq. Lakin, Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Hurriyyet.org-a nədənsə açıqlama verməkdən çəkindi. Səbəbsə, TƏBİB-in Səkinə Sadıxovaya səhər açıqlama verdiyi üçün irad bildirməsidir:

“ – Mən saytlardan birinə bu haqda məlumat vedim. İrad bildirdilər. Zəhmət olmasa, TƏBİB-in mətbuat xidmətinə müraciət edin.  Açıqlamanı onlar verir. Şəhidin anası koronavirusdan vəfat edib. Başqa nədən vəfat edəcək ki?

– Amma yaxınlar baxımsızlıqdan vəfat etdiyini bildirirlər?

– Bu haqda geniş açıqlamanı TƏBİB-in mətbuat xidməti yayıb. Mən səhər saytlardan birinə açıqlama verdim. İrad bildirdilər”.

Lakin, media nümayəndəsi kimi bu haqda məlumata heç bir xəbər portalında rast gəlmədik. TƏBİB-lə əlaqə saxladıq. TƏBİB-dən Hurriyyet.org-a bildirdilər ki, bununla bağlı Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Səkinə Sadıxova artıq məlumat yayıb. Beləliklə, məsələnin əsas mahiyyəti qalır bir kənarda, bir-birlərinə bağlı olan iki qurumun bir-birindən xəbərsiz açıqlamalarını dinləmiş oluruq.

Xatırladaq ki, ötən gün şəhid anası Minəxanım Nuruzadə müalicə aldığı 1 nömrəli Sumqayıt şəhər xəstəxanasında koronavirusdan vəfat edib. Yaxınları onun dünyasını dəyişməsində həkimləri ittiham edirlər.

YƏHYA