TƏBİB məlumat yaydı – SON DƏQİQƏ

54

Bu gün Azərbaycanda daha 5389 nəfər koronavirus testindən keçib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, indiyədək ümumilikdə 245 609 test keçirilib. Reanimasiyada olan xəstə sayı 62, süni tənəffüs cihazında olan xəstə sayı 11-dir.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 3631, virusdan ölənlər 43, sağalan xəstə sayı 2253, aktiv xəstələrin sayı isə 1335 nəfərdir. \\Pravda.az