Suyu tez-tez içməyin ziyanlarını bilin!

    6

    Su həyatdır. İnsan orqaniminin əksər hissəsi sudan ibarətdir. Orqanizmdə mayenin normal miqdarda olması həyati vacibdir.

    İnsanlar susuzlaşanda suyu adətən tez-tez, iri qurtumlarla içir. Lakin suyu belə içmək olmaz. Bu insan sağlamlığına ciddi ziyan vurur.

    İlk növbədə bu zaman su yaxşı mənimsənilmir. Əksinə yavaş-yavaş içilən su daha yaxşı mənimsənilir və susuzluq hissi daha tez keçir.

    Digər tərəfdən suyu tez-tez içmək böyrək və ürək-damar sistemini yükləyir, onlara ziyan vurur.

    Tez-tez su içən insan həzm sistemini də yükləyir, maddələr mübadiləsi proseslərini pozur.

    Bütün bunları nəzərə alaraq suyu asta-asta, kiçik qurtumlarla içməyə çalışın. \\Saglamolun.az