Şuşaya nəzarətimiz nə qədər möhkəmdir?

831

Dağlıq Qarabağdan narahatlıq doğuran xəbərlər gəlməkdədir. Xəbərlərin analizi göstərir ki, Rusiyanın “sülhməramlı” qüvvələri özləri erməni separatçılarının nəinki himayədarları, hətta qulluqmuları kimi aparırlar. Bu isə sülhməramlılıq missiyası ilə bir araya sığmır, Moskvanın tərəfsizliyinə gölgə salır.

Günün ilk narahatlıq doğurucu xəbəri qondarma “respublika”nın rəhbərinin Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradovla birlikdə Şuşa bölgəsindəki Turşsu (Lisagor) kəndini ziyarət etməsi olub.

Bildirildiyinə görə, “ziyarət” “DQR” lideri Arayik Harutyunyanın istəyi ilə baş tutub. O, Laçın-Xankəndi dəhlizinin təhlükəsizliyinə əmin olmaq istəyib. Rus “sülhməramlı” general isə “DQR” “Prezident”inin nigaranlığına son qoymaq üçün onu Şuşa ətrafındakı Turşsu kəndinə aparıb. Turşsu kəndliləri və hərbçiləriylə söhbətləşən Harutyunyan gələcək planları barədə onlarla məsləhətləşib. Görüş iştirakçıları general Rüstəm Muradovla şəkil çəkdirməyi də unutmayıblar.

Narahatlıq doğuran digər xəbər Rusiya “sülhməramlıları”nın Xankəndini Ermənistanla birləşdirən Laçın dəhlizini açmalarıdır. Məlumata görə, Rusiya Silahlı Qüvvələri dəhliz üzərində nəzarəti tam ələ keçiriblər. Nəticədə Ermənistandan gələn yüklər Laçın dəhlizi ilə Xankəndinə rahatlıqla daşına bilir. Belə çıxır ki, Şuşanın da müəyyən hissəsi rus “sülhməramlıları”nın tam nəzarətindədir.

İstər Qarabağın qəlbi sayılan Şuşanın, istərsə də bu şəhərə gedən əsas yolun erməni havadarı olan rus əsgərlərinin nəzarətinə keçməsi sabah ciddi problemlərə yol aça bilər.

Noyabrın 10-da imzalanan üçtərəfli sazişə əsasən, Laçın dəhlizi Şuşaya toxunmadan Xankəndi ilə Ermənistanı birləşdirməlidir. Amma bunun üçün Azərbaycan daha 3 il gözləməli və bu müddət ərzində alternativ yol çəkilməlidir. 3 ilə isə ermənilərin o yolu çəkib-çəkməyəcəyi və Kəlbəcərin boşaldılması şərtində olduğu kimi, əlavə vaxt istəməyəcəyi də bilinmir.

Ən əsası isə, Prezident İlham Əliyev imzalanan bəyanatda Dağlıq Qarabağa heç bir status verilmədiyini dəfələrlə təkrarlayıb. Bəs o zaman general Muradov Arayik Harutyunyanı hansı statusda qəbul edir? Niyə onun arzu və istəklərini tabeçiliyində olan şəxs kimi yerinə yetirir?

“DQR” tərəfindən yayılan bu “rəsmi” məlumatlar sübut edir ki, Moskva özünün imzaladığı bəyanata məhəl qoymur. Bu da rəsmi Bakıya rus “sülhməramlı”larının təyinatı üzrə fəaliyyət göstərmədiklərini əsas gətirib bölgədən çıxmasını tələb etmək hüququ verir. Rəsmilərimiz bu hüququndan dərhal istifadə etməli və tələb yerinə yetirilməyəcəyi təqdMoskvanın təyinatazidd fəaliyyətini işğal faktı kimi qiymətləndirməlidir. \\Ovqat.com