Şuşanın azad edilməsi xəbəri Kürdəmirdə böyük sevinc hissi ilə qarşılanıb FOTO

93

Şuşa şəhərinin erməni işğalından azad olunması xəbəri respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Kürdəmir rayonunda da böyük sevinc, coşqu hissi ilə qarşılanıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, sakinləri rayonun küçə və prospektlərində avtoyürüş keçiriblər.

Sakinlər bununla yanaşı, Azərbaycan bayraqları ilə, “Qarabağ Azərbaycandır”, “Yaşasın Azərbaycan Ordusu”, “Yaşasın Ali Baş Komandan” şüarları ilə küçələrə axış ediblər. Şəhidlər Xiyabanını ziyarət edən kürdəmirlilər Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirələrini ehtiramla yad ediblər.