Şuşada etiraz aksiyası keçirildi: “And içmə, inanmırıq” – FOTO/VİDEO

48
Mayın 21-də işğal altında olan Azərbaycanın Şuşa şəhərində qondarma qurumun yeni “rəhbəri” Arayik Harutyunyana qarşı etiraz aksiyası baş tutub.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etiraz aksiyası Arayik Harutyunyan “parlament”in xüsusi iclasında məlum “vəzifəni” üzərinə götürərkən baş verib.
“Şüurlu seçim” ictimai təşkilatının “Facebook” səhifəsində etiraz aksiyasından şəkillər paylaşılıb, şəkillərdə bir qrup şəxs flaşmob həyata keçirib.


Onlar küçədə dayanıblar və “Saxtalaşdırılmış seçkilər”, “Xəzinə oğrusu”, “And içmə, inanmırıq” və s. kimi yazılarla plakatlar açıblar.

Aksiya iştirakçıları mədəniyyət mərkəzinə doğru gedən küçəni bağlayıblar, polislər isə baryer qurublar və nümayişçilərə irəli hərəkət etməyə icazə verməyiblər.