Ev Ölkə Şuşa döyüşlərinin qəhramanlarından olan 22 yaşlı Arzu Əhmədov – FOTO

Şuşa döyüşlərinin qəhramanlarından olan 22 yaşlı Arzu Əhmədov – FOTO

276

22 yaşlı Arzu Əhmədov Gəncə şəhərindən İkinci Qarabağ döyüşlərində könüllü iştirak etmək üçün yollanan vətən oğullarından biridir.

Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iki dəfə yaralanır. İlk dəfə Füzulidə, daha sonra Şuşa şəhərində. Sonuncu dəfə yanında partlayan mərmi Arzu Əhmədovu qayadan yerə atır. Qazimiz ayaq və baş nahiyyəsindən xəsarət alır:

“Yanımda mərmi partladı və qayadan aşağı yıxıldım. Huşsuz vəziyyətdə olmuşam. Gözümü açanda gördüm ki, əsgər yoldaşlarım yanımdadır. Ayağımı hiss etmirdim. İlk dəfə elə başa düşdüm ayağım yoxdur. Sonra gördüm yox, ayağım qırılıb. Bu ikinci yaralanmağım idi. Daha əvvəl Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmışdım”.

Şuşa döyüşlərini xüsusi ilə vurğulayır qəhramanımız.  Deyir ki, düşmənlə yaxn bir məsafədə texnikanın işlərmədiyi bir vəziyyətdə savaş olub. Oradan sağ çıxmağın özü belə möcüzədir. Şuşa əməliyyatından öncə tək istək şəhərin erməni işğalından azad olunması idi:

“Düşmənlə çox yaxın məsafədə vuruşduq. Qayaları dırmandıq və döyüş başladı. Açığı necə sağ qaldığıma inana bilmirəm. Yəqin qismətdir. Şəhid olan yoldaşlarımız oldu. Amma bunlar bizi ruhdan salmadı. Tək istəyimiz Şuşanı işğaldan azad etmək idi və biz bunu bacardıq”.

Qeyd edək ki, Arzu Əhmdov evin tək övladıdır. \\BAKU.WS