Sürücülərə VACİB XƏBƏRDARLIQ: bunu edənlər cərimələnəcək – VİDEO

    18

    ''Gələn ildən dayanma-durma qaydalarına riayət etməyən sürücülər kamera vasitəsilə aşkar edilib cərimə olunacaq''. Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə heyyətinin sədri Vüsal Kərimli jurnalistlərə açıqlamasında bildirib. Sədrin sözlərinə görə bu üsullahəm paytaxt yollarında yaradılan suni sıxlıq və manelər aradan qaldırılacaq, həm də şəffaflıq təmin ediləcək.

    Vüsal Kərimli paytaxtda sərnişin daşımada olan problemlərdən də danışıb və hazırda sürücülərin normdan çox işlədiyini və bunun tənzimlənməsi üçün çalışdıqlarını bildirib. Eyni zamanda onun sözlərinə görə gələn ildən Bakıya300 yeni avtobusr gətiriləcək. bu avtobusların 280-i 12 metr, 20 ədədi isə 18 metr uzunluğundadır.

    Agentlik sədri hazırda Bakıda 41 daşıyıcı şirkətin fəaliyyət göstərdiyini və onların yalnız 3-4 nün fəaliyyətinin vətəndaşları məmnun etdiyini bildirib. "Gün ərzində Bakıda avtobuslarla 2,7 milyon sərnişin daşınır. Bunun da təqribən 17 faizi "BakuBus"ın payına düşür. İstəyirik ki, dövlət bu sahəyə 85 faizə qədər nəzarət etsin. Qalan 15 faiz isə dövlətin qoyduğu meyarlara cavab verən özəl şirkətlər olsun"-deyə Vüsal Kərimli qeyd edib.