Sürücü qəza nəticəsində avtomobildən kənara düşüb

60

Ötən gecə Bakının Sabunçu rayonu ərazisində ağır qəza hadisəsi qeydə alınıb.

Hurriyyet.org-un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hərəkətdə olan “Mercedes” markalı avtomobil digər minik maşınına dəydikdən sonra, hərəkətdə olan “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə “Mercedes” markalı avtomobildə olan sürücü, avtomobildən çıxaraq bir neçə metr kənara düşüb və hadisə yerində dünyasını dəyişib. Avtomobilin sərnişinləri isə  bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.