Suriyanın şimalında partlayış – ölənlər var

84

Hurriyyet.org xəbər verir ki, Suriyanın şimalında yerləşən Bab rayonunda partlayış baş verib. İŞİD terror təşkilatından qalmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 3 polis həlak olub.

“Fərat qalxanı” əməliyyatı bölgəsində yerləşən Bab rayon mərkəzindəki Bab xəstəxanasının yaxınlığındakı boş ərazidə bomba aşkar edilib. Bombanın zərərsizləşdirilməsi üçün şəhərdən kənara daşındığı vaxt partlayış baş verib və polis əməkdaşları həlak olublar.

Hərbi müxaliflərin nəzarəti altındakı Bab rayon mərkəzi Türkiyənin həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində 23 fevral 2017-ci il tarixində İŞİD-dən təmizlənmişdi.