Suriyadakı Xmeymim bazası Putinə darlıq edir – “Əlavə yer və dəniz sahəsi lazımdır”

48

Rusiya Suriyada şaxələnməkdədir

Hurriyyet.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Suriyada Rusiya ordusuna əlavə yer və dəniz sahəsi təmin edilməsi üçün göstəriş verib.

Rusiya Dövlət Qanun Məlumatı Sistemində yerləşdirilmiş qərara görə, Putin müdafiə və xarici işlər nazirliklərinə Suriyada Rusiya Silahlı Qüvvələrinə əlavə bina və dəniz sahəsi verilməsi üçn Suriyanın əlaqədar qurumları ilə danışıq aparmaq tapşırığı verib.

Qərarda əlavə yerlərin verilməsi üçün 2015-ci ildə Rusiya ilə Suriya hökuməti arasında imzalanmış razılaşma çərçivəsində müzakirələrin aparılması tələb edilir.

26 avqust 2015-ci ildə imzalanan razılaşmaya əsasən, Xmeymim bazasına yerləşdiriləcək təyyarə, heyət və təchizat Rusiya tərəfindən müəyyənləşdirilir və bazadan istifadə üçün Rusiya Suriyaya heç bir ödəniş etmir.

Buraya gətirilən məhsullar vergi və gömrük nəzarətinə tabe deyil. Xmeymim bazasında xidmət edən Rusiya işçiləri və ailələrinin diplomatlara bənzər imtiyazları və toxunulmazlıqları var. Suriya burada fəsliyyət göstərən Rusiya dövlətini və vətəndaşlarını məhkəməyə verə bilməz.

Rusiya ordusu Suriyada Xeymim hava bazası ilə yanaşı, Tartus limanından da istifadə edir.

Hurriyyet.org