“Suriyada Rusiya və Türkiyə arasında elan olunmamış lokal savaş gedir” – ŞAHİN CƏFƏRLİ

6

“Son iki gündə Türkiyənin dəstəklədiyi qüvvələr İdlibdə ciddi uğurlara nail olublar. Strateji əhəmiyyətli Neyrab və Sarakib məntəqələri nəzarətə götürülüb. Buna cavab olaraq Rusiya bombardmanların intensivliyini artırıb. Dünənki aviazərbələr nəticəsində 2, bu gün isə 3 türk əsgəri həlak olub”. Hurriyyet.org xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli deyib.

“Kreml əvvəlcə Ərdoğan-Putin-Merkel-Makron dördtərəfli görüşünün, sonra isə Ərdoğan-Putin ikitərəfli görüşünün keçiriləcəyinə dair Türkiyə prezidentinin açıqlamalarını təkzib edib”,-deyə politoloq əlavə edib.

 Şamo EMİN, Hurriyyet.org