Suriyada azərbaycanlı İŞİD komandiri öldürülüb

    3

    Suriyanın İdlib əyalətində İŞİD dəstələrinə kamandanlıq edən azərbaycanlı öldürülüb.

    Hurriyyet.org xəbər verir ki, Oxu.Az türk mətbuatına istinadla verdiyi məlumata görə, regionda təhlükəsizliyin təmin edilməsi üçün “Həyat Təhrir Şam” qruplaşması İŞİD-ə qarşı xüsusi əməliyyat keçirib.

    Əməliyyat zamanı İdlibin şimalında İŞİD-in gizli düşərgəsi aşkar edilib. Hücum zamanı İŞİD-in bir neçə yüksəkçinli komandirləri öldürülüb.

    Öldürülənlər arasında Əbu Cəmal Azəri ləqəbli azərbaycanlı komandir də olub.