“Suriyada ABŞ-a qarşı savaşa hazır olun” – QASIM SÜLEYMANİ

    9

    Hurriyyet.org xəbər verir ki, İranın İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymani dünən Suriyanın Deyr-əz-Zor rayonuna səfər edib. İranın dəstəklədiyi döyüşçü qüvvələrlə görüşən Süleymani “ABŞ-a qarşı savaşa hazır olun” sözlərini deyib. İnqilab Keşikçiləri Ordusunun hərbi müşaviri ilə görüşən Süleymani Suriyanın Humus bölgəsində İŞİD terror təşkilatının varlığını, Suriya-İraq-İordaniya səhrədində yerləşən Tanif məntəqəsindəki ABŞ, ASO-nun varlığı və İraqdan gələcək şiə milisləri barəsində danışıb, T2 neft sahəsini gəzib. Süleymani Əsəd hökuməti ilə İran qüvvələri arasında heç bir problemin olmadığı ilə bağlı qruplara təminat verib.

    ABŞ Suriyanın cənubunda uzun müddət əvvəl yardımını kəsdiyi Azad Suriya Ordusuna ötən həftə yenidən təlim verməyə başlayıb.

    Hurriyyet.org