Suriyada təhlükəli qarşılaşma! ABŞ və Rusiyanın zirehli texnikası toqquşdu

60

Hurriyyet.org xəbər verir ki, Suriyanın Haseke şəhərində patrulluq edən ABŞ və Rusiya hərbçiləri arasında toqquşma baş verib. Rusiyaya məxsus hərbi texnikanın ABŞ-ın zirehli texnikasına “qəsdən” çırpılması nəticəsində ən azı 4 nəfər ABŞ hərbçisinin yaralandığı xəbər verilir.

Məlumatı CNN kanalı yayıb.

Qəzanın meydana gəldiyi sahədə Rusiya hərbi vertolyotunun sürətlə və alçaqdan uçduğu, bunun ümumiyyətlə həmin yerdəki hərbçiləri uzaqlaşdırmaq üçün istifadə edilən taktika olduğu bildirilir.

Xəbərdə hadisənin baş veridiyi ilk anlardan etibarən ABŞ ordusunun vəziyyətdən xəbərdar olduğu, lakin buna rəğmən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) hələlik rəsmi açıqlama vermədiyinə işarə vurulur, həmçinin, Amerika hərbçilərinin vəziyyətinin ağır olmadığı qeyd edilir, hadisənin “Suriya hökumətini dəstəkləyən Rusiya qüvvələri ilə ABŞ ordusunun Suriyada qarşılaşması nəticəsində Amerika hərbçilərinin yaralandığı ilk hadisə” olduğu bildirilir.