Suriyada Rusiya və ABŞ hərbçiləri arasında insidentin görüntüsü yayılıb VİDEO

51

Suriyanın şimal-şərqində Rusiya və ABŞ hərbçiləri arasında baş vermiş, nəticədə bir neçə amerikalı hərbçinin xəsarət aldığı insidentin video-görüntüsü yayılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüntüləri “RusVesna” kanalı YouTube şəbəkəsində yayıb.

Kadrlarda Rusiya və ABŞ hərbi texnikaları və insident yer alıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Rusiya hərbçilərini Suriyada münaqişələrin qarşısını almaqla bağlı qaydaları pozmaqda ittiham edib. Onun sözlərinə görə, Rusiya avtomobili koalisiyanın zirehli maşınını vurub, nəticədə ekipajın bir neçə üzvü xəsarət alıb.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov isə beynəlxalq koalisiyaya daha öncədən Rusiya hərbi karvanının keçməsi ilə bağlı xəbərdarlıq edildiyini bildirib. Onun sözlərinə görə, əslində, amerikalı hərbçilər Rusiya patrulunun yolunu bağlamağa cəhd ediblər.